Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məlahət Abbasova xəbəri eşidəndən özünə gələ bilmir – AÇIQLAMA

Ötən gün Əməkdar İncəsənət Xadimi adına layiq görülən  Türkiyədə yaşayan azərbaycanlı aktrisa sevincini Simsar.az-la bölüşüb.

O deyib ki, 24 ildir Türkiyənin ən böyük teatrı olan İstanbul Şəhər Teatrında fəaliyyət göstərən yeganə azərbaycanlı qadın aktrisa və rejissordur. Bu xəbəri eşitdikdə isə sevincindən özünə gələ bilmir: “Aldığım bu adı şərəf və ləyaqətlə daşıyacağam. Hər şeydən öncə sənət və sənətkara qiymət verən prezident İlham Əliyevə minnətdaram. Bu pilləyə çatanacan Türkiyədə çox çətinliklər yaşadım. Buradakı 24 illik fəaliyyətimdə məqsədim Azərbaycan incəsənətini təbliğ etmək olub. Bir də mühüm olan nədir? Xalqımın məni bu qədər sevməyini bilmirdim”.

M. Abbasova bildirib ki, bu xəbər yayılan kimi təbriklərin ardı-arası kəsilmir.

Ondan artıq Azərbaycan yazıçılarının əsərlərini tərcümə edərək Türkiyədə səhnələşdirən aktrisa son işlərdən də danışıb: “Bu yaxınlarda Hüseyn Cavidin “İblis” əsəri Bədii Şuradan keçib. Dörd əsərimiz də yaxın vaxtlar da Bədii Şuraya təqdim olunacaq. Dünya ədəbiyyatından da seçimlər edirik. Sonuncu belə əsər Şekspirin əsərləri olub. Bu tamaşalardan səkkiz mükafat almışıq”.

 

Nigar Məhərrəm

 

 

 

 

 

 






19 Dekabr, 2014  10:07 Baxılıb: 1210 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner