Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mikayıl Abdullayevin doğum günüdür

Azərbaycanlı boyakar, qrafik və teatr rəssamı, professor, SSRİ rəssamlıq akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq mükafatın, Azərbaycan SSR dövlət mükafatının laureatı Mikayıl Abdullayevin doğum günüdür.

Mikayıl Abdullayev 1921-ci ildə Bakıda doğulub. 1939-cu ildə Ə. Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirib, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənib.

Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilib. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif olunub.

2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib.

Rəssamlıq fəaliyyəti

M. Abdullayevin yaradıcılığı üçün, daxili həyəcan, obrazların psixologiyasının, poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların, üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi M. Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. "Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941- 45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunub. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir. M. Abdullayevin əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Bakıda, Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilib. Rəsmlərində daha çox 1941-1945-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər Abdullayev "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini əks etdirir. "Abşeronlu qadın", "Çəltik əkən qızlar" rəsm əsərlərin müəllifidir.

 

 






19 Dekabr, 2014  09:00 Baxılıb: 1197 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner