Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Ruhi Əliyeva: “Mən tək deyiləm...” - GECƏ SÖHBƏTİ - FOTO

“Axır ki, özündə cəsarət tapıb mənə yaxınlaşdı”.

Simsar.az Azərbaycanın dəbli xanımlarından biri olan Ruhi Əliyeva ilə səmimi müsahibəni oxucularına təqdim edir.

-Ruhi Əliyeva! Bu gün sizin varlığınız bir çoxlarını narahat edir. Amma Ruhi elə bir yerdədir ki, ona çatmaq heç də asan deyil. Sizi niyə həzm edə bilmirlər?

-Özümü tərifləmək olmasın , amma bu gün Ruhi Əliyeva həqiqətən də var. Mən tək deyiləm. Mənim sizin kimi dostlarım var. Tək o, insandır ki, dostsuz, duzsuz və mutsuzdur...(gülür) Çox şükür mənə dəyər verən dostlarım olduğu üçün mutluyam. Mən deməzdim ki, məni həzm etmirlər. Əslində hamı bir adamı, bir adam da hər kəsi sevə bilməz. Məni də kimlərsə sevmir. Və hansısa çirkin addımlar atmağa cəhd edirlər. O, qədər Allahıma bağlı insanam ki, mənə heç bir şər-böhtan atmaq mümkün olmur. Ruhini 5 nəfər sevməyə bilər, amma əminəm ki, adım 15 insanın ürəyindədir. Özüm çox yaxşı ayırd edirəm sevənlərimi də bədxahlarımı da.  Bir neçə gün bundan əvvəl yaşadığım xoş bir hadisəni oxucularınızla bölüşmək istəyirəm.  Şüvəlana,  Mir Mövsüm Ağanın ziyarətgahına getmişdim. Oğlanlarım Məhəmməd , Həsəni aparmışdım. Ziyarətgaha daxil olan andan təxminən 13-15 yaşlarında olan bir qız uşağının məni izlədiyinin fərqində idim. Uşaq anası, yaxın qohumlarından ayrılıb hara gedirdimsə ora gəlirdi. Axır ki,  özündə cəsarət tapıb mənə yaxınlaşdı. Ürkək baxışlarla mənə baxan qızın bir sualı ruhumu titrətdi: “Ruhi xanım olar sizi qucaqlayım?” Həsən qucağımda idi. Amma onu da bağrıma basıb öpdüm. Məni yaşadan belə saf hisslərdir.

-Mənə elə gəlir ki, cəsarətli insanları dəyərləndirə bilirsiniz. Sosial şəbəklərdə dırnaqarası şirə-pələngə dönən bəzi bədxahlarınız real həyatda sizə olan paxıllıqlarını üzünüzə desələr, Ruhi onları da başa düşə bilər...

-İnsanlarda hünərli olmağı çox yüksək qiymətləndirirəm. Mən heç bir sosial şəbəkədən istifadə etmirəm. Xüsusilə instagramın adını vurğulayıram, çünki bu şəbəkədə bir neçə saxta Ruhi Əliyeva profilləri var. Elə olur ki, dostlarım birgə çəkdirdiyimiz şəkilləri  öz səhifələrində paylaşırlar. Bəzi cəsarətsiz fitnəkarlar həmin fotoların altından ünvanıma qıcıqyaradacaq sözlər yazırlar. Amma arzuları həmişə gözlərində qalır. Ruhinin dostları da özünə oxşayır. Onlar mənə demədən həmin şərhi yazanı əngəlləyib, yazdığı sərsəm fikirləri silirlər. Mən həmişə haqlı tənqidlərdən nəticə çıxarmağı  bacarmışam. Onu da deyim ki, həyatda heç bir uğur qazana bilməyən virtual qəhrəmanların fikirləri qətiyyən mənə maraqlı deyil.

-Ruhi xanım, açıq deyəcəyəm. Sizin fanatlarınızın əksəriyyəti demək olar ki, sənət camiyəsindəndir. Dəfələrlə fərqinə varmışam, bəzi müğənnilər sizi canlı görəndə dünyanın bəxtəvəri olurlar.

-(gülür) Ola bilsin məni çox istəyirlər. Bu istəkdən, sevgidən irəli gəlir. İnanıram ki, sənətçilərin arasında mənə güvənən, inan, dəyər verənlər çoxluq təşkil edirlər. Mən ümumiyyətlə etdiyim yaxşılıqları dilimə gətirmirəm. Bu Allahla mənim aramda olan bir bağlantıdır. Qoy bütün insanlar bəxtəvər olsunlar.

-Ruhi nə səbəbdən meydanda  təkdir?

-Mən müğənni, aparıcı, aktrisa, həkim deyiləm ki, kimlərləsə rəqabət aparım.  Bu günə qədər ancaq təqdim etdiyim layihələrimlə seçilmişəm. 12 həftədir ki, ATV-də yayımlanan “DəbSiz” verilişinin layihə rəhbəriyəm. Elə bir statusdayam ki, mənimlə rəqabət aparmağa dəyməz. Kiminsə mənə rəqib gözü ilə baxdığını hiss edəndə ancaq gülüb-keçirəm. 2015 ci ildə yeni və çox maraqlı layihə ilə tamaşaçılarımın görüşünə gəlməyə hazırlaşıram. Sürpriz olsun deyə detalları açıqlamaq istəmirəm.

-Maraqlısı ondadır ki, Ruhi xanımın bütün iri həcmli layihələrində əsas işi ölkənin əsas prodüseri Tolik aparır. Mən bu qənaətdəyəm ki, Toliki sizin üçün heç kim əvəz edə bilməz.

-Ruhinin yanında hər zaman birincilər olmalıdır. Azərbaycanda bir nömrəli prodüser, ən səs-küylü, işində özünü təsdiqləmiş prodüser Tolik ilk növbədə mənim dostumdur.  Onu çox istəyirəm. Dəyər verdiyim insanlardandır.  Ətrafımda olan ən yaxın insanlara dəyər verməyi bacarıram. Tolik yanımda olanda özümü rahat, komfortlu, problemsiz hiss edirəm. Əsl sirdaş, yol-yoldaşı və qayğıkeş insandır. Bəzən insanlar onu başa düşmürlər, amma onun çox gözəl ürəyi var. Ailəmin bir üzvünə çevrilmiş insandır.

-Mənim həmkarım, sizin PR meneceriniz Türkan Məmmədli aylar öncə sizi mediada “Dəb ikonası” kimi təqdim etdi. Amma mən sizi həm də dəbi diqtə edən moda bilicisi kimi adlandırıram. Adınızla bağlı olan layihədə imicini dəyişdiyiniz xanımların gözəlləşmələri bunu deməyə əsas verir...

-Həmişə bunu demişəm, bir daha təkrar edirəm çirkin xanım yoxdur, özünə baxmayanlar var. Əsas istəyim odur ki, baxımsız xanımlar xarici görünüşlərində inqilab edib, qadın gözəlliyinin fərqini hiss etsinlər. Mənə yaraşdırdığı tituluna görə Türkanla çox ciddi söhbətimiz olmuşdu. Amma ortaq qərarımız o oldu ki, layihə boyunca iştirakçı xanımlara ilk  növbədə gözəl zövqü aşılayaq. Bu işdə modelyer Afa xanım İsmayılzadənin mənə çox böyük dəstəyi var. Fikrimiz var ki, gələcəkdə moda həftələri təşkil edək. Baxmayaraq ki, Azərbaycan yetərincə modelyerlər var, kifayət qədər maddi imkanları var. Ancaq iş görmək istəmirlər.  Nədənsə əsas məqsədləri moda yox, meydanda öz mövqelərini möhkəmləndirməyə yönəlib. Bir-birilərinə etdikləri qısqanclıq onlara uğur gətirmir. Modanı düşünən modelyerlər tərəfdaşlıq üçün müraciət etmək istəsələr, biz hazırıq.

-Gecə söhbətimizə bu sualla yekunlaşdırmaq istəyirəm. Ruhi kimi gözəl olmağın formulu nədən ibarətdir?

-Gözəl olmaq o demək deyil ki, bacarıqlısan.  Gözəlliklə yanaşı xanımda ağıl, cəsarət, bacarıq, sabaha inam hissi olmalıdır.  Düzgün yolda addımlamaq qadın üçün çox vacibdir. Mən ürəyimlə yox, ağılımla hərəkət edirəm. Bu həyatda hər şeyin bir sonu var. Gözəllikdə nə vaxtsa solub-gedəcək. İnsanın qazancı onun zamanı etdikləri olacaq. Güclü qadın kimi əsas həyat formulum budur!

 

Şahin Cavadsoy

Simsar.Az






18 Dekabr, 2014  23:45 Baxılıb: 12799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner