Əfqanıstan Kəşfiyyat idarəsi (NDS) paytaxt Kabildə 13 yaşlı kamikadze həbs edib.
Simsar.az xəbər verir ki, NDS-dan verilən açıqlamada, Kabilin insanların sıx olduğu bölgəsində üzərinə bomba bağlayaraq özünü partlatmağı planlayan 13 yaşlı Bilal, planını həyata keçirə bilmədən yaxalanıb.
Uşaq ilk dindirilmədən sonra günahını etiraf edib. O bildirib ki, Əfqanıstandan kənarda canlı bomba olmaq üçün 45 gün xüsusi təlim keçib.
Vüsal Qarayev