Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik 72 turizm şirkətinə lisenziya verdi

Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə, şirkətlərdən 71-i Bakı şəhəri, 1-i isə Gəncə şəhəri ərazisində yerləşir: “Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şirkətlərin sayı 276-dır. Bu şirkətlərin təqribən 35%-i gəlmə və daxili turizm, 65%-i isə getmə turizm növü ilə məşğul olur. 2013-cü ilin analoji dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5% artım müşahidə olunub”.

Nazirlikdən əlavə ediblər ki, bu il turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olub: “2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən turizm məhsulunun, göstərilən xidmətlərin satışından əldə olunan gəlir (ƏDV və digər rüsumlar daxil olmadan) 16 milyon AZN-dən artıq təşkil edib. Bu da keçən ilin analoji dövrü (14 milyon AZN) ilə müqayisədə 14,3% çoxdur. Turizm şirkətləri tərəfindən büdcəyə edilmiş ödənişlərin məbləği (2 milyon AZN) isə keçən ilin analoji dövrü (1,3 milyon AZN) ilə müqayisədə təqribən 53,8% çox olub. Nazirlik olaraq qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırırıq ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.






18 Dekabr, 2014  18:59 Baxılıb: 639 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner