Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda Media və Atletlər kəndi - Foto

Paytaxt nəqliyyatının yükünü çəkən ən ağır yollardan biri - Dərnəgül yolunda həyat öz axarına düşüb.

Axar.az-ın məlumatına görə, 4 ildən çoxdur tikintisi davam edən Z.Bünyadov prospektində, nəhayət, nəqliyyatın normal hərəkəti var.

Şəhərin tıxac probleminin həllində böyük rolu olan Dərnəgül yolu artıq sürücülərin ixtiyarındadır və təmir-tikinti işləri yekunlaşıb. Əməkdaşımız bildirir ki, prospektdə görüləcək xırda işlər qalıb və ümumilikdə Dərnəgül yolu istismardadır.

Prospektdə ən maraqlı yenilik küçə və ünvanları göstərən işarələrdə Media və Atletlər kəndlərinin adlarının göstərilməsidir.

Əməkdaşımız qeyd edir ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında KİV nümayəndələri üçün Media kəndi açılacaq. Media kəndində 4 binada 1400 mətbuat və televiziya şirkəti nümayəndələri yerləşdiriləcək.

Oyunlar ərzində mərkəzi nəqliyyat sistemi də burada olacaq. Atletlər kəndi isə metronun “Koroğlu” stansiyası ilə üzbəüz tikilən binalardır. Bu binalarda yarışmada iştirak edəcək idmançılar qalacaq.






18 Dekabr, 2014  18:30 Baxılıb: 1063 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner