Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva müəllim və şagirdlərlə görüşdü

Mehdiabad qəsəbəsi 4 nömrəli  tam orta məktəbdə millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib. Tədbirdə Mehdiabad qəsəbəsi ərazisində fəaliyyət göstərən məktəblərin direktorları, rayon Təhsil şöbəsinin əməkdaşları, müəllim kollektivi və şagirdlər iştirak edib.  Məktəbin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Elnura Cavadzadə  millət vəkilinə təklifi dəyərləndirib şagirdlərlə görüşə gəldiyinə görə təşəkkürünü bildirib. Ölkədə elm və təhsilin inkişafına dövlət qayğısından bəhs edən E. Cavadzadə millət vəkilləri, ziyalılar, alimlərlə keçirilən bu kimi görüşlərin müəllim və şagirdlər üçün əhəmiyyətini xüsusi vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva orta məktəbdə belə bir tədbirin gerçəkləşdirilməsindən məmnunluğunu ifadə etdi. Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı tariximizi, dilimizi, ədəbiyyatımızı dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Millət vəkili orta məktəbin ən əsas vəzifəsinin təhsil verməklə bərabər vətəndaş yetişdirmək də olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd etdi. Özünün təhsil illərindən, maraqlı məktəb hadisələrindən, hər ikisi müəllim olan valideyinlərindən eşitdiklərinən söz açan millət vəkili Q.Paşayeva bugünkü tədbirin Mehdiabad məktəbinin tarixində, bütün iştirakçıların yaddaşında əbədi iz salacağına inandığını söylədi. Dövlət başçısının, Heydər Əliyev Fondunun ölkədə elm və təhsilin inkişafı üçün həyata keçirdiyi proqramlı siyasətə toxunan Qənirə Paşayeva, hər bir şagirdin, onlara dərs keçən müəllimlərin də bu yüksək etimada yüksək nəticələrlə cavab vermək olduğunu vurğulayaraq, özünəməxsus nəticələri olan Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi. Şagirdlərin suallarını cavablandıran millət vəkili  görüş müəllim və şagidrlədə müəllifi olduğu “Məndən sonra”, “Səndən sonra”, “O...”, “Hesab vaxtı”, “Dünyanı dəyişən alimlər”, və başqa kitablarını imzalayaraq hədiyyə edib və məktəbin müxtəlif sahələrdə  fərqlənən,  müxtəlif  yarışmalarda qalib olan, xüsusi istedadlı gənclərinin hər biri ilə söhbət edərək  onlara uğurlar diləyib.   Məktəbin müəllimləri və şagirdləri öz çıxışlarında millət vəkilinə onların dəvətini  dəyərləndirib görüşə gəldiyinə görə təşəkkürünü bildirib.







18 Dekabr, 2014  17:00 Baxılıb: 1438 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner