Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Qarabağdan Anadoluya könül körpüsü” məcburi köçkünlərlə - Fotolar

“Qarabağdan Anadoluya könül körpüsü” məcburi köçkünlərlə görüşüb.

Simsar.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar  İnstitutu” İctimai Birliyinin və Aşıq Şəmşir Mədəniyyət Ocağının  “Qarabağdan Anadoluya könül körpüsü” adlı layihəsi və silsilə tədbirləri çərçivəsində Kəlbəcər rayonundan olan  məcburi köçkün ailələri üçün tədbir və konsert proqramı keçirilib. Tədbirdə “ Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva,  Türkiyədən və Azərbaycandan olan ziyalılar,  Türkiyənin tanınmış sənətçisi Jale Parıltı Şeker və Azərbaycnaın əməkdar artisti Nuriyyə Hüseynova iştirak ediblər. Tədbirdə çıxış edən Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini Aytac Rüstəmzadə dövlətimizin  hər zaman qaçqın və məcburi köçkün ailələrinə diqqət və qayğı göstərməsindən danışıb. Türkiyənin tanınmış  sənətçisi  Jale Parıltı Şeker Azərbaycan və Türkiyənin  "bir millət iki dövlət"  olduğunu  və  özü ilə bərabər Türkiyədəki  bütün qardaş və  bacıların salam, sevgi və təbriklərini gətirdiyini deyib: "Türkiyə və türk xalqı hər zaman sizin yanınızda olub və bundan sonra da olacaq. İnşallah bu cür gözəl görüş və tədbirləri Dağlıq Qarabağda, Kəlbəcərdə də keçirəcəyik", - deyib. Sonra Jale Parıltı Şeker və Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova geniş konsert proqramı ilə çıxış ediblər. Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva və digər qonaqlar Kəlbəcərli məcburi köçkün ailələri və ziyalıları ilə geniş söhbətlər də ediblər. Kəlbəcər ziyalıları və ictimai xadimlərinə millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar da hədiyyə olunub. Millət vəkili Qənirə Paşayeva onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib və "arzu edirəm ki, gələn il  bu cür tədbirlərimizi Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan  azad edəcəyimiz  Dağlıq Qarabağımızda, Kəlbəcərimizdə və digər o gözəl torpaqlarımızda qeyd edək ", - deyib.







18 Dekabr, 2014  14:34 Baxılıb: 884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner