Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tоrpаğın eroziyasının qarşısının alınmasına dair tədbirlər hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eroziya və Suvarma İnstitutunda  AMEA-nın Aqrar Elmlər Bölməsinin Bürosu ilə birgə Elmi Şuranın növbəti iclası keçirilib.

Simsar.az-ın məlumatına görə, iclasda İnstitutun 2014-cü il üçün elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.  Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru  Seymur Səfərli 2012-2014 cü illər ərzində  aparılan tədqiqat işləri barədə geniş məlumat verib. O qeyd edib ki,  institutda 8 mövzu və 11 iş üzrə tədqiqatlar yerinə yetirilib. Şamaxı, İsmayıllı, Qobustan, Gədəbəy, Lənkəran və Astara rayonlarında aparılan tədqiqаtların məqsədi eroziyaya məruz qalan ərаzilərdə eroziya prosesinin qarşısını almaq və tоrpаğın münbitliyini аrtırmaq, eroziyaya qarşı müasir mübarizə tədbirlərinin işlənib hazırlanmasından ibarət olub. Həmçinin  Abşeron, Quba, Qəbələ, Tərtər rayonlarında suyа qənаət еdən аzintеnsivli suvаrmа sistеminin tətbiqinin müsbət tərəfləri araşdırılıb və əkinçilik zоnаsı ərаzisində su еhtiyyаtlаrının mоnitоrinqi, аltеrnаtiv suvаrmа mənbələrinin tədqiqi üzrə işlər aparılıb. Daha sonra S. Səfərli  Dağlıq Şirvan bölgəsinə daxil olan Аğsu, İsmayıllı və Şamaxı rаyоnları üçün GIS tехnоlоgiyаsı əsаsındа еrоziyа təhlükəlilik еlеktrоn хəritələrinin hаzırlаndığnı vurğulayıb. Bu xəritələr vasitəsi ilə gələcəkdə baş verə biləcək eroziya proseslərini qabaqcadan müəyyənləşdirmək və ona qarşı mübarizə tədbirlərinin hazırlanması mümkün olacağı qeyd olunub. Eyni zamanda  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin köməkliyi ilə müasir texnologiyalar əsasında 16 rayon üçün 1:50000 miqyasında torpaq xəritələri rəqəmsallaşdırıb və hər bir rayon üzrə torpağın tipi, yarımtipi, eroziya təhlükəsizliyi, eroziyanın növü və s məlumatlar bazası hazırlanıb.

İnstitutun direktoru beynəlxalq əlaqələrdə də mühüm işlər görüldüyünü vurğulayıb. Onun sözlərinə görə Rusiya Federasiyasının “Raduqa” Elmi Tədqiqat İnstitutu, Belarusiya Respublikasının Meliorasiya İnstitutu və Polşa Respublikasının Texnoloji-Təbiətdən İstifadə İnstitutu ilə  müqavilələr imzalanıb və gələcəkdə birgə işlər aparılması planlaşdırılır.

Qeyd edib ki, İnstitutda 13 əyani aspirant təhsil alır. İnstitutda 48 elmi əsər, o cümlədən 1 dərslik, 3 monoqrafiya  və 44 məqalə (7 məqalə xaricdə) dərc olunub və 1 patent alnıb.  Hesabat dövründə institutun Elmi Şurası 11 iclas keçirib və burada tədqiqat işləri ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.

Aqrar elmlər üzrə fəlsəfə doktoru,  Gənc Alim və Mütəxəssislər Şurasının sədri İzzət Talıbov da çıxış edərək gənc alimlərin uğurları haqqında məlumat verib. O, gənclərin beynəlxalq konfranslarda və seminarlarda fəal iştirak etdiyini xaricdən gələn gənc alimlərlə diskussiyalar apardıqlarını vurğulayıb.

Daha sonra hesabat iştirakçıları akademik Qərib Məmmədov, professor Nizami Ağayev, professor Hamlet Aslanov, aqrar elmlər üzrə fəlsəfə doktorları Sədi Nurullayev, Zakir Əliyev və kənd təsərüfatı üzrə fəlsəfə doktoru Mirvari Məmmədova öz fikir və təkliflərini bildiriblər. Sonda hesabat iştirakçıları aparılan tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş hesab ediblər.

Aysel

 






18 Dekabr, 2014  13:48 Baxılıb: 1334 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner