Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İLHAM ƏLİYEV: “İNQİLABİ DƏYİŞİKLİK EDƏ BİLMİŞİK”

“Bəzi hallarda kompyuterləri mənə göstərmək üçün quraşdırırdılar, yaxınlaşanda görürdüm ki, onlar işləmir”

“Bu ayın əvvəlində, daha doğrusu, iki həftə bundan əvvəl mənim tərəfimdən "Azərbaycan gəncliyi Dövlət Proqramı" haqqında Sərəncam imzalanmışdır. Sərəncamda Prezident Aministrasiyasına tapşırıq verilib ki, iki ay müddətində Dövlət Proqramı hazırlansın, daha doğrusu, onun layihəsi hazırlansın və mənə təqdim edilsin. Proqramın layihəsinin hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır və o, fəal işləməlidir ki, biz konkret proqramı qəbul edək. Bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır və əlbəttə ki, orada icra mexanizmləri göstərilməlidir. Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda, yenə də deyirəm, proqram elə olmalıdır ki, orada hazırda gəncləri narahat edən məsələlər öz əksini, öz həllini tapsın”.

Bunu aprelin 21-də Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşdə bildirib.
Prezident qeyd edib ki, son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür və bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar: “Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yerləri, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir və elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq”.

İ.Əliyev vurğulayıb ki, ölkəmizin əhalisi də artır, bu, çox müsbət haldır: “Keçən il 9 milyonuncu vətəndaş dünyaya gəlibdir. Bu, bizi Cənubi Qafqaz məkanında digər ölkələrdən fərqləndirir və əhalimiz nə qədər artsa, bizim potensialımız da bir o qədər artacaqdır. Ancaq əhalinin artması, əlbəttə ki, işçi qüvvəsinin də artmasına gətirib çıxarır və biz buna hazır olmalıyıq. Hazırda ölkədə aparılan iqtisadi islahatlar və siyasi islahatlar yeni iş yerlərinin açılmasına gətirib çıxarır və biz artan maliyyə imkanlarımızı da bu məqsədlərə yönəldirik. Biz böyük nailiyyətlərə çatmışıq, ancaq işsizliyin aradan qaldırılması üçün daha da fəal olmalıyıq. Ümid edirəm ki, bu proqramda gənclərin işlə təmin olunması məsələləri öz konkret həllini tapacaqdır”.

Ölkə başçısı bildirib ki, gənclərin yaşayış problemlərinin həlli üçün, şübhəsiz, daha da ciddi addımlar atılmalıdır: “Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir. Gənclərin peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə olmalıdır. Misal üçün, böyük, transmilli şirkətlərin başında duran insanalr bir gün neft şirkətinin prezidenti vəzifəsində işləyirlər, sonra İKT şirkətinə cəlb olunurlar, ondan sonra inşaat şirkətinə rəhbərlik edirlər. Yəni bizdə də hazırlıq səviyyəsi elə olmalıdır ki, menecerlər istənilən sahədə çalışa bilsinlər. Buna böyük ehtiyac var. Hazırda Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin filiallarında xaricilərin sayı kifayət qədər çoxdur. Biz bunu alqışlayırıq, çünki indi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və açıq ölkədir, investisiyalar üçün açıqdır və biz bütün müsbət meyillərə xoş münasibət göstəririk. Ancaq əlbəttə, çox istərdik ki, yeni müəssisələrdə, xüsusilə xidmət sektorunda, turizm sektorunda, İKT sektorunda yerli kadrlar üstünlük təşkil etsinlər”.
İ.Əliyev daha bir maraqlı məqama toxunub: “Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, eyni zamanda, Bakı şəhərində böyük müəssisələrin açılışlarında iştirak edirəm və görürəm ki, bir çox hallarda onlara başçılıq edən insanlar xarici vətəndaşlardır. Mən yenə də deyirəm ki, Azərbaycanın bu sahədəki siyasəti çox açıqdır və biz xarici menecerlərin Azərbaycana cəlb olunmasını alqışlayırıq. Onların buradakı fəaliyyəti və ümumiyyətlə, ölkəmizə xarici investisiyaların cəlb olunması müsbət rol oynayıbdır və oynayır. Ancaq əlbəttə, mən çox istərdim ki, bax bu mühüm vəzifələrdə yerli kadrlar işləsinlər. Xüsusilə nəzərə alsaq ki, yenə də deyirəm, ölkəmizin bugünkü iqtisadi inkişafı və gələcək planlarımız bunu tələb edir. Çünki burada ən müasir, qabaqcıl texnologiyalar tətbiq olunmalıdır.
Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar. Ona görə mən hesab edirəm ki, bu proqramda peşə hazırlığına xüsusi diqqət göstərilməlidir.

İ.Əliyev həmçinin maraqlı məqamı etiraf edib: “Məktəblərdə kompyuterləşmə prosesi sürətlə gedir.
Mən hesab edirəm ki, biz bir neçə il ərzində inqilabi dəyişiklik edə bilmişik. Çünki biz bu proqrama başlayanda hər 1000 şagirdə 1 kompyuter düşürdüsə, indi hər 20-30 şagirdə 1 kompyuter düşür. Yəni, əvvəlki dövrdə mən bölgələrdə olarkən maraqlanırdım ki, kompyuter sinfi, kompyuterlər var, yoxsa yox?! Bəzi hallarda kompyuterləri mənə göstərmək üçün quraşdırırdılar. Amma yaxınlaşanda görürdüm ki, onlar işləmir. Ancaq hazırda hər bir məktəbdə, hər bir rayonda, yəni yeni tikilmiş məktəblərdə kompyuter sinifləri vardır. Ona görə, indiki mərhələdə peşə məktəblərinin fəaliyyətinə xüsusi diqqət göstərilməlidir. Təhsil Nazirliyinə konkret tapşırıqlar verilmişdir. Hesab edirəm ki, gənclərlə bağlı proqramda da bu məsələ öz əksini tapmalıdır.






23 Aprel, 2011  15:30 Baxılıb: 1258 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner