Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanın 12 faizi Avropada yerləşir - RƏSMİ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda elmi konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda çıxış edən Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov xatırladıb ki, gələn il Azərbaycanda Avropa Oyunları keçiriləcək və yarışlarda 6 minə yaxın idmançı, çoxlu sayda media nümayəndəsi, on minlərlə turist iştirak edəcək. O bildirib ki, Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə əlaqədar deyil: “Burada vacib amillərdən biri kimi ölkəmizin ərazisinin bir hissəsinin Avropa qitəsinə düşməsi də nəzərə alınıb. Qonaqların əksəriyyəti bu tədbirin nə üçün Azərbaycanda keçirilməsi ilə maraqlanacaqlar. Biz gələn qonaqlara tariximizi, mədəniyyətimizi, iqtisadi nailiyyətləri göstərməklə bərabər, onlara vətənimizin coğrafiyasını da anlatmalı, suallara tutarlı cavablar verməli və iki qitənin coğrafi sərhədinin vaxtilə yanlış müəyyənləşdirildiyini sübut etməliyik. Mövzu üzrə dünya alim və ekspertlərinin əksəriyyətinin rəyi və bizim araşdırmalarımız Qafqaz bölgəsində Avropa və Asiya qitələri sərhədinin şimalda Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə və sonra Abşeron yarımadası boyunca keçdiyini göstərir. Bu halda ərazimizin təxminən 12 faizi Avropa qitəsində yerləşir. Bununla da Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusuna malik olur ki, bu da ölkəmizin Rusiya (23 faiz) və Türkiyə (3 faiz) kimi Avropa ölkəsi sayılmasına və Avropa Oyunlarının Bakıda keçirilməsinə tam əsas verir”.

Nazirlər Kabinetinin neft və kimya şöbəsinin müdir müavini, məsələni ilk dəfə qaldıran geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev qeyd edib ki, artıq baş nazir Artur Rasizadə də bu məsələ barədə məlumatlıdır və müvafiq işlərin görülməsi barədə tapşırıqlar verib. Onun sözlərinə görə, Baş Qafqaz sıra dağlarının suayırıcı xəttini iki qitənin sərhədi kimi götürmək doğru variant sayıla bilər. R. Fətəliyev əlavə edib ki, qitələrin sərhədi məsələsi Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən təsdiqləndikdən sonra Avropa və Asiya qitələrinin sərhədi dəqiqləşmiş olacaq: “Bu sərhəd xətti bütün orta məktəb coğrafiya dərsliklərində, ensiklopedik məlumat kitabçalarında və müxtəlif təyinatlı xəritələrində öz əksini tapacaq. İkincisi, bizim Avropaya aidliyimizi şübhə altına almağa səy göstərənlər birdəfəlik anlayacaqlar ki, biz asiyalı olduğumuzla bərabər, həm də avropalıyıq".

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev bəzi təkliflər irəli sürüb. Mədəniyyət və Turizm Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər qurumların nümayəndələri də məsələ ilə bağlı fikirlərini bildiriblər.






17 Dekabr, 2014  12:23 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner