Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Ədəbiyyatımızın cansız yaddaşı - Yazıçılar Birliyindən FOTOREPORTAJ

Azərbaycan ədəbi mühitinin bir əsrə yaxın dövrünə yaddaşlıq edən Yazıçılar Birliyi özündə çox böyük xatirələr yaşadır. Bu fotoreportajla biz Azərbaycan Yazıçılar Birliyinin keçmişini və indisini göstərmək istədik.

Qeyd edək ki, Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan Yazıçılarının I qurultayında yaradılıb. 1938-ci ildən isə Bakı şəhərində Xəqani 25 ünvanında yerləşir.

Azərbaycan Yazıçılar Birliyi Xəqani 25 ünvanında yerləşdiyi dövrdən bu otaqda Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı birliyin rəhbəri vəzifəsində oturublar. 1987-ci ildən isə bu otağın sakini Xalq yazıçısı Anardır. Fotoda Anar kabinetində Xalq şairi Fikrət Qoca ilə oturub.

“Azərbaycan” jurnalının ilk nömrəsi 1923-cü il yanvarın 28-də işıq üzü görüb. 1938-ci ildən AYB-inin binası dəyişdiyi dövrdən jurnalın redaksiyası müxtəlif otaqlar olub.Amma hazırda dərginin redaksiyası Yazıçılar Birliyinin sonradan tikilən 4-cü mərtəbəsində yerləşir.

İntiqam Qasımov 1997-ci ildən “Azərbaycan” jurnalının Baş redaktorudur.

Südabə Ağabalayeva “Azərbaycan” jurnalında Baş redaktorun müavini vəzifəsini icra edir.

AYB-inin katibi Çingiz Abdullayevin  otağı olmamışdan əvvəl kitabxana olub bu otaq. Sonra isə “Azərbaycan”  juranlının redaksiyası yerləşib burada. Nəhayət Anar birliyin sədri olduqdan sonra Ç.Abdullayevin otağıdır.

50-ci illərdə “Azerbaycan” juranlının redaksiyası olmuş bu kabinet AYB-inin I katibi Fikrət Qocanındır. Həmin dövrdə jurnalın Baş redaktoru Əli Vəliyev olub. Bu otaq Jurnalın redaksiyası olduğu vaxtlarda burada demək olar ki, bütün redaksiya heyəti burda olub. Salam Qədirzadə, Böyükağa Qasımzadə, Əhəd Hüseynov, Isa Hüseynov və Əli Kərim də həmin dövrlərdə bu otağın sakinləri olublar. Sonralar bu otaqda AYB-inin katibləri İlyas Əfəndiyev, Cabir Novruz, İsmayıl Şıxlı əyləşiblər.

Burada baş redaktoru İvan Trityakov olan “Literaturnıy Azerbaydjan” juranılının redaksiyası yerləşib.  Hazırda isə AYB-inin sədr müavini N.İbrahimovun kabinetidir bura.

İlqar Fəhminin oturduğu bu otaqda bir zamanlar AYB-inin katibləri oturardılar.

Sonradan tikilən 4-cü mərtəbə qədim tarixə malik olmasa da, burada Məmməd Arif adına kitabxana və Naxçıvan Yazıçılar Birliyinin kitab guşəsi var.

Səməd Vurğun və Mikayıl Müşfiqin portretlərinin asıldığı bu otaqda uzun müddət birliyin məsləhətçiləri oturub. Bura Osman Sarıvəlli, Islam Səfərli, Süleyman Vəliyev, Məmməd Rahim və  Azərbaycan yazıçılarının demək olar ki, bütün üzvlərinin toplaşdığı otaq olub.

“Natavan” klubu Yazıçılar Birliyinin yaranışından çox hadisələrin şahidi olub.

Nakam taleli və şəhid şairlərimizin portretləri.

Natavan klubu yarandığı dövrdən bütün çıxışların edildiyi tribuna idi. Səməd Vurğundan tutmuş bir çox şairlərimizin imzasını üzərində daşıyır.

Repressiya qurbanı olan şair və yazçılarımızın xatirəsinin əbədiləşdirən abidə.

Azərbaycan Yazıçılar Birliyinin katiblərindən Rəşad Məcidin otağı olan bu kabinet əvvəllər birliyin mühasibat otağı olub.

Mirzə Ələkbər Sabirin və Məhəmmədhüseyn Şəhriyarın portretləri asılmış bu otaqda vaxtilə AYB-nin  məsləhətçiləri oturub. Sonra bura AYB-inin katiblərindən biri Hüseyn Abbaszadənin otağı olub. İndi isə Yazıçılar Birliyinin məsləhətçiləri də, nəşriyyatın nümayəndələri də oturur.

Xalq şairlərimiz və xalq yazıçılarımızın portretləri olduğu tablo. Məlum hadisələrdən sonra Əkrəm Əylisinin portreti xalq yazçıları tablosundan çıxarılmış və o portretin yeri hazırda boşdur.

Alim və tənqidçilərimizin portretlərindən ibarət tablo.

Nuranə Novruz

 






17 Dekabr, 2014  11:00 Baxılıb: 8552 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner