Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva peşə-əmək qabiliyyətini itirənləri müdafiə etdi

Bu gün Milli Məclisdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında qanuna dəyişikliklər müzakirə olunan zaman millət vəkili Qənirə Paşayeva bu dəyişiklikləri dəstəkləyib və vurğulayıb  ki, ən çox belə hallardan biri tikinti sektorunda baş verir. Millət vəkili qeyd edib ki, bu sektor da daxil olmaqla, bəzi özəl sahələrdə  işçilər əmək müqaviləsi və icbarı sığortası olmadan çalışdırılırlar. Buna qarşı da sərt mübarizə aparmaq lazımdır, çünki  istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirməklə vətəndaşlar ağır vəziyyətlə üzləşirlər. Ona görə əmək müqaviləsi və icbari sığortası olmadan çalışdıranlara qarşı çox ciddi mübarizə aparılmalıdır. Bədbəxt hadisələr zamanı peşə-əmək qabiliyyətini itirənlərin icbari sığorta haqlarını almalarında bəzi hallarda  rast gəlinən  süründürməçilik hallarının olması və bununla bağlı bəzən vətəndaşlardan şikayətlərin və müraciətlərin gəldiyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu cür süründürməçilik hallarının son qoyulmasının vacibliyini və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirmiş vətəndaşların normal şəkildə sığorta haqlarından yararlana bilmələrinin böyük önəmini vurğulayıb və bu sahədə mexanizmlərin və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini qeyd edib.







16 Dekabr, 2014  14:28 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner