Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Silah istehsalçıları siyasətin əmrində - ARAŞDIRMA

Müdafiə sənayesinin öncülləri məhsullarını əvvəlcə öz dövlətinə satır. Qərb şirkətlərinin satışı aşağı düşəndə Rusiya silah sənayesinin dövriyyəsi artır.

Simsar.az Almaniya mediasına istinadən xəbər verir ki, Stokholm Sülh Araşdırmaları İnstitutu – SIPRIN dünya müdafiə xərcləri hesabatında maraqlı məqamları üzə çıxarıb.

Hesabatda uzun illər dünyanın aparıcı silah istehsalçıları arasında müəyyən şirkətlər ilk sıralarda yer alıblar. ABŞ, Avropa və Rusiya şirkətləri dünya bazarını sanki aralarında bölüşdürüblər.

İnstitut dünya silah bazarında artıq Hindistan, Braziliya, Sinqapur, Cənubi Koreya və Türkiyə kimi ölkələrin də rol oynadığını müəyyən edib.

SIPIRI hesabatını hazırlayan heyətin sədri Auta Fleurant bu ölkələrdən heç birinin ilk 50-likdə yer almamasına baxmayaraq, milli siyasətləri istiqamətində silahlanmada yerli payını artırdığını deyib.

Fleurant bunun başlıca səbəbinin, siyasi iradənin yerli istehsal gücünə üstünlük verməsi olduğunu və Braziliya, Türkiyə və Cənubi Koreya kimi ölkələrin yerli silah istehsal gücünü artırmağı siyasi prioritet etdiyini bildirib.

Müdafiə avadanlıq, material və silahları satış hasilatının üçdə ikisi ABŞ ilə digər NATO ölkələrinin payına düşür. Bu ölkələrin qlobal silah idxalındakı payı yüzdə 84-ü tapıb. 2013-cü ildə satış məhsul 4,5% geriləyən dünyanın ən böyük üz silah şirkəti arasında 38 ABŞ müəssisəsi iştirak edib.

SIPİRI direktoru Fleurant belə deyib: "Bunların böyük əksəriyyəti, döyüş təyyarəsi, raket sistemləri, zirehli texnika və döyüş gəmisi istehsal edən şirkətlərlə bunlara parça istehsal edən sənaye təşkilatlarından ibarətdir”.

Rusiyanın pulu silahlanmaya gedir

Rusiya silah sənayesi sifariş daxil olmasından məmnundur. İlk faiz arasında Rusiya şirkətlərinin satış hasilatı 2013-cü ildə 20 faiz artıb. SIPIRI direktoru Auta Fleurant taktiki raket istehsal edən bir rus şirkətinin satışlarını bir ildə 118 faiz artırdığını bildirib. Rus şirkətlərinin daha çox dövriyyəyə keçməsində hökumət mühüm rol oynayır.

İllərdir müharibə gücünü artıran və ordusunu modernləşdirən Rusiya hökuməti silahlanmada yerli təşkilatlara üstünlük verir.

Hamburqdakı Sülh Araşdırmaları və Təhlükəsizlik Siyasəti İnstitutu mütəxəssislərindən Maykl Brzoska Qərbin iqtisadi sanksiyaları və xam neftin qiymətinin düşməsi üzündən Moskva hökumətinin müdafiə büdcəsini azaltmaq məcburiyyətində qalacağını və Ukrayna böhranının Rusiya silah sənayesinə zərər verə biləcəyini deyib.

Stokholm Sülh Araşdırmaları İnstitutunun 100 iri silah istehsalçısı siyahısında ən böyük qlobal oyunçulardan Çinin adı yoxdur. Bunun səbəbi, Çinin bu şirkətlərin sirasına girə biləcək tutumda şirkətinin olmaması deyil, bu nəhəng ölkənin silah istehsalı haqqında sağlam məlumat verməməsidir. SIPIRI direktoru Auta Fleurant sənaye sektorunun mülki və hərbi təyinatlı şirkətlər qarışığından ibarət olmasından ötrü Çin haqqında doğru rəqəm verməyin mümkün olmadığını deyib.

Hüseyn İbadlı







16 Dekabr, 2014  10:14 Baxılıb: 2053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner