Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Smartfonların satışı 20 % artıb

2014-cü ilin üçüncü rübündə dünyada smartfonların satışı 20 faiz artaraq 301 milyona çatıb. Simsar.az xəbər verir ki, bu barədə “Gartner” analitik şirkətinin məlumatında deyilir.

Rübün yekunlarına görə, smartfonların satışı üzrə lider 24,4 faizlik bazar payı ilə Cənubi Koreyanın “Samsung” istehsalçısı olub, lakin ötən ilə nisbətdə şirkətin qurğularının satış həcmi 8,89 faizdən 73,2 milyon qurğuyadək azalıb.

ABŞ-ın “Apple” şirkəti satışı 25,9 faizdən 38,1 milyon “iPhone” modelinədək genişləndirərək payını 12,7 faizə çatdırıb. Çin şirkətləri də satışda artım nümayiş etdiriblər.

Belə ki, “Huawei” satışı 36,6 faizdən 15,9 milyon smartfonadək artıraraq bazarda 5,3 faizlik paya sahib çıxıb. “Xiaomi” şirkəti smartfonların satışını 336 faiz artırıb və göstəricisi 15,77 milyon qurğu təşkil etməklə bazar payı 5,2 faizə bərabər olub. “Lenovo” şirkətinin smartfonlar bazarında payı 5 faizdir. Şirkət satış həcmini 16,5 faiz – 15 milyon qurğuyadək yüksəldib.

Məlumat üçün bildirək ki, 1979-cu ildə yaradılan “Gartner” analitik şirkəti informasiya texnologiyaları (İT) bazarının tədqiqində ixtisaslaşıb.

Aysel







15 Dekabr, 2014  20:21 Baxılıb: 802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37


sagbanner