Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

2015-ci il üçün mobil texnologiyaların İNKİŞAF PROQNOZU

ABŞ-ın virtual sistemlər, şəbəkə həlləri və əlavələrin çatdırılması texnologiyaları istehsalçısı “Citrix Systems” 2015-ci il üçün mobil texnologiyaların inkişaf proqnozunu tərtib edib.

Simsar.az-ın məlumatına görə, mobil həllərin hazırlanmasında diqqət təkcə istifadəçilərə deyil, həm də funksional imkanlara yetiriləcək. Bu cür yanaşmadan istifadəçilərlə yanaşı, şirkətlər də qazanacaq.

Gələn il şirkətlər daxilində sahibkarlığın inkişafı proqnozlaşdırılır. Bunun üçün onlar maliyyə “startup”ları və ya istedadlı əməkdaşları müəyyən edən müsabiqələrin keçirilməsi kimi qeyri-standart üsullara əl atacaqlar.

Daha bir yenilik müəssisənin hesablama mühitinin mobil əməkdaşların tələbatı nəzərə alınmaqla qurulması olacaq. “Citrix”in məlumatına görə, kiçik və orta ölçülü şirkətlərin əməkdaşları şəxsi məqsədlər üçün üç-dörd kompüter qurğusundan istifadə edir.

Ekspertlərin sözlərinə görə, biznes əlavələri qurğular nəzərə alınmaqla təhlükəsizliyin təmini məsələlərinə uyğun hazırlanmalıdır.

2015-ci ildə şirkətlər işi əməkdaşın məsafədə olmasını nəzərə alan bölüşdürmə bacarığını inkişaf etdirəcəklər. Şirkətlər artıq vəzifələri keyfiyyətli yerinə yetirmək üçün istedadlı əməkdaşları cəlb etməyə imkan verən lazımi proqram təminatını formalaşdırıblar.

Aysel







15 Dekabr, 2014  18:49 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner