Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bir ildə vətəndaş cəmiyyətinin inkişafına 30 milyon xərclənib

Azay Quliyev: "Bizim payımıza cəmi 2 milyon manat düşüb"

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ötən il Azərbaycandakı QHT-lərin aldığı qrantlarla bağlı maraqlı faktlar açıqlayıb. Simsar.az -ın məlumatına görə, www.yap.org saytının yaydığı müsahibədə A. Quliyev deyib ki, Ədliyyə Nazirliyinin verdiyi rəsmi məlumata görə, ötən il QHT-lərin illik büdcəsi 30 milyon manat ətrafında olub. Bu vəsaitin isə yalnız 2 milyon manatı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə verilib. 28 milyon manat isə digər mənbələrdən, xüsusilə xarici donorlar vasitəsilə daxil olub: “Araşdırma aparıb müəyyənləşdirdik ki, şuranın vəsaitlərinin QHT-lərin illik büdcəsindəki payı 7 faizdən yuxarı deyil. Bu göstərici, əlbəttə, gələcəkdə büdcənin artırılması, xarici təsirlərin azaldılması üçün düşünməyə kifayət qədər əsas verir. Fikrimcə, şuranın ayırdığı məbləğ artırılmalı və ən azı QHT-lərin illik büdcəsinin 20-30 faizi həcmində verilməlidir ki, xarici asılılıq azalsın. Bu məsələnin həllinin ən gözəl mexanizmi budur. Amma 7 faizlik göstəriciyə baxmayaraq, biz son illərdə bu amilin nə qədər lazımlı olduğunu və QHT-lərin bir çoxunun xarici asılılıqdan azad olmasına nə qədər müsbət təsir göstərdiyinin şahidi olduq. Məsələnin ikinci tərəfinə gələndə isə, demək olmaz ki, QHT-lər xaricdən maliyyələşirlərsə, mütləq şəkildə Azərbaycanın milli maraqlarını tapdayırlar. Mən özüm də bu sahədə işləmişəm və Milli QHT Forumuna rəhbərlik etdiyim zaman da xarici donorlardan vəsaitlər almışıq. Amma Azərbaycanla işləyən donorları iki qrupa bölmək olar. Birinci qrupa xoş niyyət və sağlam məqsədlə vəsait ayıranlar, ikinci qrupa isə tam əksinə, gizli niyyəti və xüsusi missiyası olanları aid etmək olar. Xoş məramlı donorların fəaliyyətini Azərbaycan həmişə təqdir edib və indi də həmin təşkilatlarla işləməkdən məmnundur. Amma ikinci qrup haqqında eyni fikri söyləmək olmaz. Çünki, bəzən bu kimi donor təşkilatlar özlərini seçdiyi QHT-ləri maliyyələşdirməklə onlardan rupor, alət kimi istifadə edir, müxtəlif dairələr tərəfindən Azərbaycana qarşı tətbiq olunan təzyiq və təhdidlərə haqq qazandırmaq üçün onların xidmətlərindən faydalanırlar”.






22 Aprel, 2011  17:58 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner