Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Pakistan mediasında

Millət vəkili Qənirə Paşayeva Pakistanın tanınmış mətbuat və media qurumlarına müsahibə verib və Qarabağ həqiqətlərindən, Xocalı Soyqırımından danışıb.

Millət vəkili Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə  Paşayeva  Pakistanın Dunya News, CİTY 42,  GEO News,  A-Lite,  CTV42  və bir sıra digər televiziya kanallarına müsahibə verib. O, eyni zamanda  Today Pakistan qəzetinin rəhbəri, Daily Times qəzetinin Pakistan bürosu rəhbəri  Dure Nəcəb Zaidi, Pakistan Heraıd Publication qəzetinin rəsmisi Xalid Hasnain, Pakistan Today qəzetinin nümayəndəsi Arif Nizami,  Pakistanın İnformasiya nazirinin müavini Zaman Hüseyn ilə də görüşüb, fikir mübadiləsi aparıb və müsahibə verib. Millət vəkilinin Pakistandakı görüş və fikirlərinə Pakistanın məhşur "Pakistan Observer", "Business Recorder", "Nation" kimi agentlik, qəzet və dərgiləri və bir sıra tanınmış televiziya kanalları da geniş yer verib. Müsahibəsində Pakistanın Azərbaycan üçün dost, qardaş ölkə olduğunu deyən millət vəkili Q.Paşayeva  Azərbaycan xalqının  Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirdiyini, Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib. Millət vəkili Qənirə Paşayeva  Azərbaycan ilə Pakistan arasında münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları  snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də  geniş məlumat verib. Millət vəkili Qənirə Paşayeva  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var.

 






12 Dekabr, 2014  09:52 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner