Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Tərtərlilər və suyun qabağını kəsən əjdahanın nağılı – REPORTAJ

Bu nağılda göydən 3 alma düşməyəcək...

Tərtərdə nağıllar aləminə düşəcəyim ağlıma gəlməzdi. Yox, buna səbəb heç də uşaqlığımı xatırladan  kənd həyatı olmadı. Düzdü gözəl təbiət, təmiz hava, təkrarolunmaz çəmən qoxusu mənə nostalji hisslər yaşatdı. Amma məhz özümü, əjdahanın suyun qabağını kəsdiyi nağılda hiss etməyimə səbəb rayon camaatının yaşadığı sosial problemlər oldu.

Xeyr, burda məsələ heç də div, əjdaha problemi  deyil. Probmlem Ermənistanın işğalçı və qeyri-humanist siyasətidir. Bilirəm, indi deyəcəksiniz ki, Tərtər camaatının su probleminin divlə, əjdahayla, nağıl ilə nə əlqəsi var. İndi izah edirəm.

Dünən öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsi məqsədilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun təşkilatçılığı ilə “Sərsəngə yürüş” adlı aksiya keçirildi. Bu tədbir çərçivəsində bir qrup jurnalist, ictimai təşkilatların, QHT-lərin və Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir neçə səfirliklərin nümayəndələri ilə Tərtər rayonuna və rayonun bir sıra kəndlərinə səfər etdik.

Öncə bizi rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşıladı. Tərtər Gənclər Evində toplantı keçirən icra başçısı su anbarlarının düşmən işğalı altında olması səbəbindən sakinlərin ciddi susuzluq problemi ilə qarşı-qarşıya qaldıqlarını bildirdi. M.Məmmədov onu da  əlavə etdi ki, hazırkı vəziyyətdə Tərtərin su tələbatını ödəmək olduqca çətin məsəldir: “Torpaqların əksəriyyəti suvarılmadığından sıradan çıxamaq üzrədir. Rayonun flora və faunası məhv olur”.

İcra Başçısının bu sözlərindən sonra vəziyyətin ciddi olduğunu hiss etsəm də, Tərtərçayın düşdüyü ürəkağrıdan halı və kənd camaatının dediklərini eşitdikdən sonra vəziyyətin nə qədər qorxunc və acınacaqlı olduğunu anladım. Toplantıdan sonra növbəti istiqamət Tərtərçay oldu. Əgər buna çay demək mümkündürsə...

Orada çaydan əsər-əlamət görmədim, çünki çay içində su olan bir şeydir. Kənd sakinləri bildirdilər ki, çayın qurumasına səbəb ermənilərdir. Üzdəniraq qonşularımız işğal etdikləri Azərbaycan torpaqlarından çayın qarşısını kəsib azərbaycanlıları susuz buraxıblar. Bu isə dolanışıqları kənd təsərrüfatından çıxan Tərtər camaatını çıxılmaz vəziyyətə salır. Olduğumuz digər kəndlərdə də camaatın eyni acınacaqlı durumunun şahidi olduq.

Kənd camaatı deyir ki, əkin sahələrinin 50%-i susuzluqdan məhv olub. Ermənilər yay aylarında çayın qarşısını kəsdikləri üçün nəinki əkin, heç gündəlik həyatda istifadə etmək üçün də su tapa bilmirlər.

“Bala əl-üzümüzü yumağa belə su tapmırıq. Suyumuz ermənilərin əlindədir. Kefləri istəyəndə bizə su verirlər, o da ancaq qışda. Əkin zamanı bizə bir damcı su belə vermirlər. Ruzi-bərəkətimiz kəsilib. Qarnımıza çörəyini əkib-becərə bilmirik” – bunu dinlədiyimiz kənd sakinlərindən ağbirçək bir nənə dedi. Digər sakin isə üzünü dünya birliyinə tutaraq “Əkin sahələrimiz, meşələrimiz məhv olub. Susuz qalmışıq. Torpaq bizim, su anbarı bizim, amma susuz qalan da bizik. İmkan vermirlər zəhmətimizlə balalarımızı dolandıraq. Bu vəhşilikdir, dünya isə nəyə görəsə susur” deyərək fəryad elədi.

Belə... nağıllarda həmişə suyun qabağını kəsən divi öldürüb, padşahın qızını xilas edən bir igid çıxır meydana. Lazım gəlsə də, gəlməsə də. Amma real həyatda hər şey fərqlidir. Sonluq heç də həmişə nağıllarda olduğu kimi nikbin olmur. Tərtərlilərin nağılında göydən üç alma da düşməyəcək, çünki almanın düşməsi üçün onu əkmək lazımdır, bunun  üçün isə su lazımdır. Su da ermənin, erməninin cilovu isə “dünya birliyinin” əlindədir.

Xatırladaq ki, məqalə AVCİYA-nın “Sərsəngə yürüş” layihəsi üçün təqdim olunur.

Vüsal Qarayev

 






11 Dekabr, 2014  11:33 Baxılıb: 6606 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner