Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Auditorlar Palatasının sədri kələkbaz işçilərin olduğunu etiraf etdi

Vahid Novruzov: «Formal yoxlamadan sonra sənəd əldə edib, kitaba tikmək istəyirlər»

«Bütün dünyada korrupsiya mövcuddur. Araşdırmalar göstərir ki, dünyanın bütün ölkələrində təsərrüfat subyektlərinin 20 faizində korrupsiya halları var. Ümumbəşər bəla olmasına baxmayaraq, hər bir ölkə bu problemin aradan qaldırılması üçün müxtəlif yanaşmalar ortaya qoyur». 

Bunu Auditorlar Palatasının sədri Vahid Novruzov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda şəffaflığın təmin olunması uzun illər ölkə rəhbərliyinin diqqət mərkəzində olub.

«Şəffaflığın və maliyyə nəzarətinin artırılması istiqamətində son illər Auditorlar Palatası bir sıra işlər görüb.
Əldə etdiyimiz uğurlardan birincisi beynəlxalq təcrübədən yararlanmaqdır. Hesablama Palatasası Beynəlxzalq Mühasiblər Təşkilatının üzvüdür».

V.Novruzov bildirib ki, Daxili Audit Haqqında qanun MDB və Şərqi Avropa məkanında ilk dəfə Azərbaycanda qəbul olunub.

«Biz təsərrüfat subyektlərinin müraciətləri əsasıqda audit aparırıq. 3 min təsərrüfat subyektinə xidmət göstəririk. Bu aşağı göstəridir. Təəssüf ki, audit qanunvericiliyinə əməl olunması 10 faiz təşkil edir. Bu halın aradan qaldırılması üçün Auditor Xidməti Haqqında qanuna dəyişiklik edilib. Bundan sonra auditdən keçməyən təsərrüfat subyektləri cərimə olunacaq».

Beynəlxalq Auditorlar Federasiyası tərəfindən qəbul olunacaq «Yaşıl sənəd»ə toxunan V.Novruzov qeyd edib ki, bu sənədin qəbulu bütün dünyada şəffaflığın təmin olunmasına xidmət edir: «Auditin keyfiyyətinin yüksəldilməsi və məsuliyyətin artırılması nəzərdə tutulur. Bəzən təsərrüfat subyekti ilə auditor təşkilat danışığa gedir. Elə hallara rast gəlirik sifarişçi özü auditin yüksək olmasında maraqlı deyil. Buna «qara audit» deyilir. İstəyirlər ki, formal yoxlamadan sonra sənəd əldə edib, kitaba tiksinlər. Halbuki təsərrüfat subyekti özü maraqlı olmalıdır ki, qüsurlarını tapıb aradan qaldırsınlar. Bütün bunlar audit bazarında qeyri-sağlam rəqabət yaradır. «Yaşıl sənəd»in qəbulu auditin müstəqilliyinə gətirib çıxaracaq».

Ruslan Xəlil






22 Aprel, 2011  16:08 Baxılıb: 1874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner