Vergi daxilolmaları üzrə proqnoz icra olunub
Bu ilin birinci rübü ərzində büdcəyə 967,4 milyon manat proqnoza qarşı 1 milyard 161,5 milyon manat vəsaitin daxil olması təmin edilərək proqnoz 120,1 faiz yerinə yetirilib.
Simsar.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 152,0 milyon manat və ya 15,1 faiz artıb.
Qeyri neft-qaz sektoru üzrə büdcəyə 680,2 milyon manat daxil olub və bu da proqnoza nisbətən 99,3 milyon manat və ya 17,1 faiz çoxdur. Ötən ilin müvafiq dövrünə nisbətən qeyri neft-qaz sektoru üzrə 132,5 milyon manat və ya 24,2 faiz artıq vəsait dövlət büdcəsinə səfərbər edilib.