Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İranlı hakerlər 16 ölkənin məxfi materiallarını ələ keçirdi

İran hakerləri Türkiyənin də daxil olduğu 16 ölkənin dövlət sirlərini ələ keçirib.

Simsar.az xəbər verir ki, bu barədə mərkəzi ABŞ-da yerləşən “Cylance” kiber təhlükəsizlik şirkəti məlumat verib.

Məlumatda bildirilir ki, paytaxt Tehranda hərəkətə keçən hakerlər son 2 ildə Türkiyə də daxil olmaqla 16 ölkənin dövlət əhəmiyyətli sənədlərini ələ keçirilməsi ilə məşğuldur.

"Satır əməliyyatı" adı verilən rəqəmsal casusluq prosesində ABŞ, İngiltərə, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İsrail, Küveyt, Meksika, Pakistan, Qatar, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri hədəf alınıb.

“Milliyyət”də yer alan xəbərlərə görə, 2012-ci ildən bəri davam edən "Satır əməliyyatı"nda adı çəkilən ölkələrin hökumət təşkilatları və mühüm infrastruktur şirkətlərinin məlumat şəbəkəsinə sızılıb. Böyük qismi Tehranda, qalanları Hollandiya, Kanada və İngiltərədə fəaliyyət göstərən kompüter piratları mühüm dövlət əhəmiyyətli sirləri ələ keçirib.

İranın kiber hücumunun daha öncə görülməmiş səviyyəyə çatdığını bildirən “Cylance” hesabatında İranın dünya ölkələrini kiber müharibəyə sövq etdiyini deyib: “İranın kiber müharibə bacarığı getdikcə artır. Onların hücumları “Stuxnet” virusunun fəaliyyəti ilə bağlıdır”.

Xatırladaq ki, ABŞ və ya İsrailə aid olduğu deyilən “Stuxnet” virusu İranın nüvə proqramına ciddi zərər vurmuşdu.






5 Dekabr, 2014  18:54 Baxılıb: 585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04











14 Mart, 2020  13:06





13 Mart, 2020  17:53






sagbanner