Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azyaşlı qızlar hicaba məcbur edilirlər

Bizdə heç vaxt hicab ənənəsi olmayıb

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, ölkədə uşaqlar hicab bağlamağa məcbur edilir.

"Biz dünyəvi dövlət qurmuşuq, dünyəvi dövlətin də öz qanunları var. Biz, dövlət komitəsi olaraq, bu məsələyə yalnız uşaq hüquqlarının müdaifəsi baxımından yanaşırıq. Araşdırma aparmışıq və məlum olub ki, bu uşaqların əksəriyyəti hicab bağlamağa məcbur edilirlər. 10 yaşlı uşaq dərk etmir ki, hicab nəyə görə bağlanılır. İmkan versinlər 18 yaşa çatsın, öz hüquqlarını dərk etsin və hicab bağlayıb-bağlamamaqla bağlı özü qərar versin", - Simsar.az -ın  məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, hicab bağlamağın tərəfdarı olanlar bildirirlər ki, guya bu, adət-ənənlərimizdə var.

"Bu, yalandır. Bizdə heç vaxt belə bir ənənə olmayıb. Mən bunun təbliğ olunmasının tərəfdarı deyiləm. Bu, uşağın hüquqlarını tapdalamaq deməkdir və onun inkişafına mane olur. Valideyinlər belə etməklə uşaqların imkanlarını məhdudlaşdırırlar. Bizim mövqeyimiz budur ki, 18 yaşına çatanda hər kəs özü buna qərar verməlidir", - komitə sədri əlavə edib.






21 Aprel, 2011  18:01 Baxılıb: 1330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner