Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

JURNALİSTLƏR DÖVLƏT QURUMUNDA BİRLƏŞSİN?

Baş redaktorların fikirləri haçalandı, Müşviq Ələsgərli isə texniki problemləri əsas gətirdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bu gün jurnalistlərə açıqlamasında bildirib ki, 
Kütləvi İnformasiya Vasitələrində işləyənlərin əksəriyyəti həmkarlar ittifaqları yaratmayıb: “Bu səbəbdən də vaxtından çox işlədilmə və ya qanunsuz işdən çıxarılma ilə üzləşirlər. Odur ki, jurnalistləri həmkarlar ittifaqları yaratmağa çağırırıq”.

Simsar.az saytının əməkdaşı KİV nümayəndələrindən S.Mehbalıyevin çağırışına münasibət öyrənib.


“Konfederasiyaya qoşulmaq üçün texniki şərtlər var ki, onlar bizim quruma üzv olmağımıza maneə yaradır”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli bildirib ki, həqiqətən də redaksiyalarda jurnalistlərin hüquqları pozulur: “Jurnalistlər hüquqlarının pozulması ilə bağlı bizim təşkilata şikayət ediblər. Onların həlli istiqamətində müəyyən işlər görürük. Biz Respublika Həmkarlar Konfederasiyasına daxil deyilik. Bu istiqamətdə 7-8 aydır müzakirələr aparırıq. Səttar Mehbalıyevin özü ilə də gərüşümüz olub. Konfederasiyaya qoşulmaq üçün texniki şərtlər var ki, onlar bizim quruma üzv olmağımıza maneə yaradır.”

“12 ildir Səttar Mehbalıyevin hansısa problem həll etməsinin şahidi olmamışam”


“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Həmkarlar İttifaqları Konfederasiyası öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmir: “Biz Konfederasiyanın mədəniyyət işçilərinin həmkarlar ittifaqına daxilik. Bu qurum formal fəaliyyət göstərir. Əgər Konfederasiya işçilərin hüquqlarını müdafiə etmək istəyirsə, gedib ZQAN Holdinqdə çalışan sürücülərlə maraqlansın. 12 ildir Səttar Mehbalıyevin hansısa problem həll etməsinin şahidi olmamışam”.


“Bəzi redaksiyalarda jurnalistlər gecə-gündüz işləyir, aşağı həddə məvacib alırlar”  


“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhmzadə Simsar.az-a bildirib ki, onları neft-qaz sənaye işçiləri həmkarlar ittifaqına daxildirlər: “Digər işçilərə şamil olunan bütün güzəştlər bizim jurnalistlərə də şamil olunur”. 

V.Rəhmzadəyə görə, bütün redaksiyaların həmkarlar ittifaqına qoşulması vacibdir: “Bunun yalnız müsbət nəticələri ola bilər. Redaksiyalar var ki, orada normal iş şəraiti yoxdur, onlar vəsiqə paylamaqla məşğuldurlar. Bəzi redaksiyalarda jurnalistlər gecə-gündüz işləyir, aşağı həddə məvacib alırlar”.

“Hökümətə aid bir qurumun jurnalistlərin hüquqlarını müdafiə edəcəyinə inanmıram”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, Səttar Mehbalıyevin açıqlaması yeni olduğundam müzakirəyə ehtiyacı var: “Biz hələ bilmirik bu təklifin arxasında nə durur. Hökümətə aid bir qurumun jurnalistlərin hüquqlarını müdafiə edəcəyinə inanmıram”.


“Jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsinə ehtiyac var”


“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz isə qeyd edib ki, onlarda işçilər üçün normal şərait yaradılıb: “Jurnalistlərin hüquqlarını qoruyan təşkilat yoxdur. Biri var, o da qeyri-hökumət təşkilatıdır, fəaliyyəti zəifdir. Hesab edirəm ki, jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsinə ehtiyac var”.

Ruslan Xəlil








21 Aprel, 2011  16:56 Baxılıb: 1448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner