Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türk dünyası ədəbi birlikləri arasında əməkdaşlığa töhfə

Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində müxtəlif türk ölkələri və şəhərlərdən bir qrup gənc şair Bakıda səfərdə olub.

Simsar.az xəbər verir ki,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan layihə çərçivəsində Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Qaqauziya (Moldova), Çuvaşiya (RF), Tatarıstan (RF), İraq (Türkmaneli), Moskva (RF)   kimi ölkələr və şəhərlərdən təşrif buyurmuş gənc yazarlar azərbaycanlı həmkarları ilə tanış olmaqla yanaşı, bir sıra önəmli görüş və müzakirələrdə iştirak ediblər.

Növbəti gün qonaqlar ölkəmizdə fəaliyyət göstərən Moskva Dövlət Universitetinin Bakı filialında oldular. Təhsil ocağının fəaliyyəti, tələbələrə yaradılan şəraitlə tanış olan  qonaqlar gördüklərindən məmnun qaldıqlarını söyləyiblər.

Layihə çərçivəsində  TUSİAB-ın ofisində konfrans da  baş tutub. Türk dünyası ədəbi birliklər arasında əlaqələrin daha da möhkəmlənməsi, türk dünyası ədəbiyyatının öyrənilməsi və tanıdılması, eləcə də müxtəlif türk xalqlarının gənc yazarlarının yaradıcılıqlarını daha da stimullaşdırılmasına həsr edilmiş konfrans səmərəli və maraqlı müzakirələrlə yadda qalıb. İlk olaraq, TUSİAB-ın ölkəmizdəki fəaliyyətinə həsr edilmiş tanıtım çarxı nümayiş etdirilib.

Konfransda gələcəkdə gənc şairlərin əsərlərinin müxtəlif türk dillərinə çevrilməsi, ümumtürk ədəbi nəşr və elektron resurs yaradılması kimi təkliflər irəli sürüldü. Yekun olaraq, ədəbi birlikləri təmsil edən gənclər gələck fəaliyyəti əks etdirən “Niyyət Protokolu”nu imzalayıblar.

Daha sonra  Akademik Milli Dram teatrında türk dünyası gənc şairlərinin şeir şöləni keçirilib.

Ədəbi ictimaiyyətin tanınmış nümayəndələrinin, sənətçilərinin, ziyalıların iştirak etdiyi tədbirdə müxtəlif türk dillərində səslənən şeirlərin lirikasına köklənmişdi. Müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər

Musab Kırca, (Türkiyə),  Haticə Üzgül (Türkiyə), Erkinbek Serikbay (Qazaxıstan), Nilufər Şıxlı (Rusiya, Moskva), Altınbek İsmayil (Qırğızıstan), Şoxista Ortikova (Özbəkistan), Mahfuza Ortikova (Özbəkistan), Alla Büük (Moldova, Qaqauz Yeri), Rıfat Salahov (Tatarıstan), Aybəniz Küzəçi (İraq, Türkməneli), Dmitriy Moiseev ( Çuvaşistan), Kamil Bensgierin ( Yekaterinburq, RF) parlaq ifalarını tamaşaçılar alqışlarla qarşılanıb.

Qeyd edək ki,  layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Simsar.az







2 Dekabr, 2014  17:10 Baxılıb: 1376 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner