Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İri internet şirkətlərinin inhisarçılığına qarşı ÇAĞIRIŞ

Fransa və Almaniya iri internet şirkətlərinin inhisarçılığına qarşı mübarizəyə çağırıb.

Simsar.az xəbər verir ki, iki ölkə hakimiyyəti Avropa antiinhisarçılıq qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrə başlamaq üçün Avropa Komissiyasına müraciət ünvanlayıb.

Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Fransa və Almaniya hökumətləri biznes aparmaqla bərabər, onlardan asılı olan naşirlər, əlavə tərtibatçıları və informasiya tədarükçülərinə təsir imkanına malik iri internet şirkətlərinin fəaliyyəti ilə bağlı problemləri həll etmək məqsədilə Avropa Komissiyasına müraciət edib.

 

ABŞ texnoloji şirkətlərinə Avropa antiinhisar orqanları tərəfindən iradlar bildirilir. 2010-cu ildən Avropa Komissiyası “Google” sisteminin verdiyi axtarış nəticələrində reklam problemini öyrənir, eləcə də “Amazon” və “Apple” şirkətlərinin Avropa şöbələrinin vergi ödənişi qaydaları araşdırılır. Avropa Komissiyası nümayəndələrinin fikrincə, onların istifadə etdiyi güzəştli vergiqoyma qaydası şirkətlərə qeyri-qanuni yardım forması ola bilər.

 

Aysel Kərimova







1 Dekabr, 2014  19:28 Baxılıb: 1042 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner