Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qadını öldürüb, tövlədə basdırdılar

İtkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Baş Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, bu ilin oktyabrın 24-də itkin düşən Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü, Gəncə şəhər Təcili tibbi yardım stansiyasında tibb bacısı işləyən Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunub. Belə ki, noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə şəhər Baş Polis İdarəsinə gələrək S.Mayılovanı öldürüb meyitini Goranboy rayonu, Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını bildirib.

Həmin məlumat əsasında şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəlib və S.Mayılovanın meyiti R.Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılib.

Fakta bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində şübhəli bilinən R.Əliyev tutulub. Sonuncunun deməsinə görə o, S.Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qəsdən öldürüb və hadisədən 4 gün sonra cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.






29 Noyabr, 2014  12:08 Baxılıb: 797 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner