Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"07” "Zil"lə toqquşdu - Yaralılar var

Şəmkir rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələn yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Kür qəsəbəsi yolunun 7-ci kilometrliyində qeydə alınıb. Rayonun Mahmudlu kənd sakini 24 yaşlı Ruslan İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Gəncə sakini 36 yaşlı Ramil Hüseynovun idarə etdiyi “Zil “markalı yük maşını toqquşub. Nəticədə “VAZ-2107” sürücüsü ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağır olaraq qalır. İlkin ehtimallara görə qəzaya səbəb “VAZ-2107” markalı avtomobilin düzgün manevr etməməsi olub. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.






29 Noyabr, 2014  09:00 Baxılıb: 687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner