Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Facebook şəxsi məlumatları satacaq - YENİ QAYDALAR

Dünyanın 1 nömrəli sosial şəbəkəsi olan Facebook gələn ildən etibarən istifadəçiləri ilə yeni qaydalarla işləyəcək. Bu barədə şirkətin hər bir istifadəyə göndərdiyi  xəbərdarlıq məktubunda bildirilir. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, istifadəçilərə aid məlumatlar şəbəkənin partnyorlarına ötürülə bilər, eyni zamanda istifadəçilərin reklam görüb görməməsi onların istəyindən asılı olacaq.

Dəyişikliyə əsasən, Facebook, öz istifadəçiləri barədə müxtəlif fərdi məlumatları üçüncü şəxsə vermək hüququnu qazanacaq. Yəni artıq gələn ildən sosial şəbəkə şəxsi məlumatları üçüncü şəxsə vermək hüququna malik olacaq. Buraya istifadəçinin yeri haqqında məlumatları, habelə qeydiyyat məlumatları, status və şərhləri, paylaşdığı foto və videomateriallar, istifadəçinin dostları, hansı bank kartlarından istifadəsi, elektron ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatlar, malın çatdırılma ünvanı, ödənişlərin vaxtı, hesab nömrələri və sair şəxsi məlumatlar  daxildir.

Şəxsi məlumatlarınız başqalarına satılacaq

Facebook bu məlumatları reklam xidmətlərinə və analitik şirkətlərə, rabitə operatorlarına və "bizim biznesə qlobal dəstək göstərən digər tərəfdaşlarımız” kateqoriyasına daxil olanlara ötürə bilər. Administrasiya qeyd edir ki, dövlət orqanlarının nümayəndələrinə də məlumat verilə bilər- onlar tərəfindən verilən sorğu qanuni olduqda. Facebook-a 2015-cı il yanvarın 1-dən sonra qoşulanlar sosial şəbəkənin yeni istifadəçi razılaşması ilə avtomatik olaraq razılaşmış sayılacaq. Bildirlir ki, istifadəçi razılaşmasına dəyişikliklər Facebook-un kənar xidmətlərinin optimallaşdırılması və səmərəliliyin artırılması üçün edilib.

Facebook hansı məlumatları toplayır?

Facebook administrasiyası qeydiyyat anından başlayaraq profildə qeyd olunan bütün məlumatları öz serverlərində saxlamaq hüququnu özündə saxlayır. Buraya təkcə istifadəçi məlumatları daxil deyil, həm də coğrafi mövqe, fotoşəkil və videolar, qoyulan və baxılan internet ünvanları (keçidlər), şəbəkə daxilində statuslar və şərhlər, həmçinin digər əməliyyatlarla bağlı məlumatlar daxildir.

Facebook istifadəçi razılaşmasını niyə dəyişib?

Yeni saziş çərçivəsində Facebook şəbəkə istifadəçiləri və müxtəlif xidmətlərin (reklam, maliyyə və s.) təchizatçıları arasında vasitəçi kimi çıxış etməyə qanuni imkan qazanır. Həmçinin, xidmətlərin (digər xidmətlərinin və hesabların yaxınlığı ilə sinxronlaşdırılması) təhlükəsizliyini təmin etmək üçün imkan qazanır. İstifadəçi razılaşması qeyd olunur ki, Facebook tərəfdaşlarının tələb etdikləri məlumatlar təhlükəsizlik standartlarına cavab verməlidirlər. Partnyorlara məxfiliklə bağlı ciddi tələblərə uyğun olan məlumatlar təqdim edilə bilər.

 

Müqavilənin dəyişdirilməsi şəbəkənin xidmətlərinə necə təsir edəcək?

Praktiki olaraq heç nə. Razılaşmanın bütün dəyişiklikləri yalnız Facebook və onun partnyorları arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. İstifadəçilər yanvarın 1-dən sonra heç bir dəyişiklik hiss etməyəcəklər.






28 Noyabr, 2014  16:05 Baxılıb: 1427 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner