Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gözdən əlili “kor” məmurlar görmür

Kərəm Əyyam oğlu Məcidovun ailəsinin vəziyyəti haqqında Simsar.az bir neçə dəfə məlumat verib.

Xatırladaq ki, Kərəm Məcidov gözdən birinci qrup əlildir. Bir gözü süni, digəri isə demək olar ki, görmür. Qulağı yalnız xüsusi cihaz vasitəsilə eşidir ki, o da çox çətinliklə. Bir qolu isə dirsəkdən aşağı yoxdur. Kərəm 16 ildir Dövlət İdarəçilik Akademiyasının yataqxanasında 12 kvadratmetrlik bir otaqda yaşayır. 2008-ci ildə ailə qurub və indi həmin o pəncərəsiz, dar, rütubətli otaqda 2 qızı, bir oğlu və hamilə həyat yoldaşı ilə yaşayır, daha doğrusu yaşamağa çalışır.

Kərəm deyir, mənzil şəraitinin yaxşılaşdırılması üçün bütün dövlət dairələrinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə və qeydiyyatda olduğu Xətai Rayon İcra Hakimiyyətinə müracitə edib. Lakin hələ də onun ağır şəraiti ilə maraqlanan, ona yardım əli uzatmaq istəyən olmayıb.

Məsələyə aydınlıq gətirməsi üçün Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin hüquq şöbəsinin müdrü Teymur Əzizov bildirib ki, Kərəm Məcidov onlara bu ilin yanvarında ərizə ilə müraciət edib və növbədənkənar mənzillə təmin edilməsini istəyib: “Vətəndaş ərizəsində, əlil olduğu üçün növbədənkənar evlə təmin olunmasını istəyirdi. Biz də onu icra hakimiyyətinə dəvət etdik və ona izah elədik ki, bu qurum yalnız ev növbəsinə götürə bilər, evlə təmin edə bilməz. Bizim buna imkanımız yoxdur”.

K. Məcidovun indiyə kimi ev növbəsinə götürülməməsinə isə şöbə müdiri belə aydınlıq gətirib: “Kərəm Məcidov lazım olan sənədləri tam təqdim edə bilməyib. O, növbədənkənar ev istəyir, icra hakimiyyətində isə boş mənzil fondu yoxdur. Biz mənzil təminatını həyta keçirmirik. Növbədənkənar ev üçün isə o,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müraciət etməlidir”.

Qeyd edək ki, Kərəm Məcidovun əlində hələ 2012-ci ildə Xətai Rayon İcra Hakimiyyətinə ərizə ünvanlaması ilə bağlı sənədlər var. K. Məcidov bildirmişdi ki, elə həmin il də icra başçısının qəbulunda olub: “Mənə dedilər ki, əgər 5 il Bakı qeydiyyatında olmusansa və eyni zamanda ailən, uşaqların varsa növbəyə durub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən səni gözdən birinci qrup əlil kimi Bakı şəhərində evlə təmin edə bilərlər. Nazirlikdə isə dedilər ki, yeni qanunvericiliyə görə sizi icra hakimiyyəti ev növbəsinə götürməlidir. Bundan sonra ev verilə bilər. Yeddi ildi gözləyirəm, hələ də bir xəbər yoxdur. Məni ev növbəsinə də götürmürlər”.

Vüsal Qarayev

 






28 Noyabr, 2014  14:22 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner