Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Latviya səfiri Bakı Ali Neft Məktəbində

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM İctimaiyyətlə Əlaqələr şöbəsindən Simsar.az verilən məlumat görə, rektor Elmar Qasımov səfiri salamlayaraq, ona rəhbərlik etdiyi ali təhsil ocağı haqda ətraflı məlumat verib. Rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyət strategiyası və istiqamətləri haqqında danışıb. O, BANM-ın üstünlüklərindən söz açaraq, onun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi dünya universitetlərindən və həmin ali təhsil müəssisələri ilə BANM arasında ikili diplomların tanınması istiqamətində əməkdaşlıqdan söz açıb.

Əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksək ixtisaslı texniki kadrları məhz öz ölkəmizdə yetişdirərək, bu sahədə ingilisdilli peşəkar kadr tələbatının ödənilməsi olan BANM-ın dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə əlaqələr qurduğunu vurğulayıb. BANM-ın Böyük Britaniyanin Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq etdiyini vurğulanıb.

BANM-ə ən yüksək göstəricilərlə tələbələrin qəbul olunduğunu deyən rektor hazırda Ali Məktəbin tikilməkdə olan və ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirib. O, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağın nəzərinə çatdırıb. Rektor Elmar Qasımov müasir dövrdə dünyada ən çox ehtiyac duyulan mühəndislik ixtisasının vacibliyini bildirdi və ölkəmizdə kadr tələbatını ödəmək üçün bu sahəyə diqqət ayrıldığını sözlərinə əlavə edib. Bu baxımdan o, Latviya ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi BANM-də olmaqdan məmnunluğunu bildirdi. Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu deyən səfir Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən söz açıb.

Görüşdə, həmçinin BANM ilə Latviya universitetləri arasında əlaqələrin qurulması, tələbə mubadiləsi, gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdən sonra rektor Elmar Qasımov qonağı BANM-ın tikilməkdə olan yeni kampusunun maketi ilə tanış edib.

Hüseyn İbadlı







28 Noyabr, 2014  11:57 Baxılıb: 663 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner