Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Lüksenburqda Qarabağla bağlı informasiya bürosu yaradıldı

Noyabr 27-də Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı  Səfirliyinin dəstəyi ilə 2011-ci ildən bəri Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib.

XİN-nin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, informasiya bürosunun açılışının əsas məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda Qarabağla bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş kütləyə tanıdılmasıdır.

Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, ictimai-siyasi xadimlər, Lüksemburq Xarici İşlər Nazirliyinin baş katibinin müavini Leo Faber, Lüksemburqun digər dövlət qurumlarının nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən bu informasiya bürosu və  həmçinin onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə ölkəmiz, eləcə də onun işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, mütəmadi şəkildə müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır və Azərbaycanla bağlı zəngin ədəbiyyata – müxtəlif kitablar, jurnallar, audio və video materiallar, broşürlər və s. əyani vəsaitlərə malikdir. İnformasiya bürosunun yüksək zövqlə hazırlanmış dekorasiyası Azərbaycan mədəniyyəti və incəsənətinin bir çox elementlərini özündə əks etdirir.

Tədbirdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, millət vəkili Fuad Muradov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Səfirliyin müşaviri Fərəh Gözəlova və “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri xanım Lea Linster çıxış edərək, Lüksemburqda belə bir assosiasiyanın yaradılması ilə bağlı öz hisslərini bölüşüblər.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Assosiasiyanın yaradılmasında və fəaliyyətində əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirmiş və bu kimi təşkilatların fəaliyyətinin avropalıların Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından əhəmiyyətinin danılmaz olduğunu vurğulanıb.

Hüseyn İbadlı

 






28 Noyabr, 2014  11:35 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner