Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İslami dəyərlər sərhədi keçib xurafata yönələndə...” - Mübariz Qurbanlı

“Bu gün Qərb ölkələrində ailə institutu aradan çıxmaqda, Azərbaycanda isə güclənməkdədir”.

APA-nın məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, Qərb ölkələrində boşanma statistikaları çox görünmür: “Qərb ölkələrində ailə qurulmursa, 70 faiz vətəndaş nikahı ilə yaşayırlarsa, qurulmayan ailə necə dağıla bilər? Azərbaycanda isə əsaslı ailələr qurulur. Biz islami ənənələrimizi qorumalıyıq. İslami dəyərlər sərhədi keçib xurafata yönələndə onu qorumaq yox, ona qarşı çıxmaq lazımdır. Qadınlarımız hicabla bağlı məsələlərdə kimlərinsə hansısa ölkədə etdiklərini burada təkrar edəndə təəssüflənirik. Bizim qadınlarımızın geyimlərinin, hicablarının da özünəməxsusluğu var”.






28 Noyabr, 2014  10:54 Baxılıb: 636 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner