Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Qurban Qurbanov: “Onların işinə qarışmağı xoşlamıram”

Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Simsar.az Azerisport.az-a istinadən xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

"Nəticə pis olmaya bilər. Amma oyun çox çətin keçdi. Belə olacağını bilirdik. "Sent-Etyen" bu gün son dövrlərin ən yaxşı oyunlarından birini sərgilədi. Biz daha çox müdafiəyə diqqət yetirməli olduq. Çünki hücum xəttində elə də çox variantımız yox idi. Təbii ki, hücuma daha çox diqqət ayırmaq istərdik. Amma zədəli futbolçularımızın çox olması bizə bunu həyata keçirməyə mane oldu. Şadam ki, belə bir nəticəyə nail olduq. Qarşıda bizi bu oyundan az əhəmiyyət daşımayan çempionat oyunu gözləyir. Həmin oyuna hazırlaşacağıq. Belə bir stadionda, bu cür azarkeşlərin qarşısında "Sent-Etyen" kimi komandaya qarşı oynamaq xoş idi. Onlara uğurlar arzulayıram".

Qurbanov komandasının qrupdan çıxmaq şansının olduğunu bildirsə də, bu haqda danışmağın tez olduğunu diqqətə çatdırdı: "Heç-heçə xal ehtiyatımızı artırmağa kömək etdi. Qrupdakı digər oyunun da nəticəsini nəzərə alsaq, bizim müəyyən üstünlüyümüz var. Amma bizi Milan "İnter"i kimi güclü bir komanda ilə oyun gözləyir. Şans olsa da, hələ heç nə məlum deyil".

Ağdamlıların çalışdırıcısı yetirmələrindən hansınısa fərqləndirmək istəmədiyini söyləyib: "Nə Nadirovu, nə də Şehiçi fərqləndirmək istəyirəm. Onlar öz işlərini gördülər. Bütün uşaqlardan razıyam. Onların hər biri sonadək mübarizə apardı".

Fransız jurnalistin hakimlik barədə sualına isə Qurbanov belə cavab verib: "Hakimlik haqqında növbəti sual (gülür)... Mən onların işinə qarışmağı xoşlamıram".

 






28 Noyabr, 2014  10:20 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner