Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan - Möcüzəli Odlar Yurdu” - SƏRGİ

Praqadakı Çexiya Milli muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin təntənəli açılış mərasimi keçirilib.

Simsar.az xəbər veririr ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyi və Çexiya Respublikasının Milli Muzeyinin təşkilatçılığı və Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin dəstəyi ilə keçirilib.

Açılış nərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin direktoru akademik Nailə xanım Vəlixanlı və Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev çıxış edərək, mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını qeyd ediblər.

Tədbirdə Çexiya Respublikasının xarici işlər, mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi çıxışlar bölməsi bitdikdən sonra, Azərbaycan səfirliyinin diplomatları Nigar Əfəndiyeva və Tural Gəncəliyev tərəfindən ölkəmizin dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Sənsiz” musiqi əsəri tar və fortepiano vasitəsilə canlı ifa edilmiş və tədbir iştirakçılarının alqışlarına səbəb olub. Eyni zamanda, tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Sərginin keçirildiyi binanın müxtəlif zallarında Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əskinasları və digər dəyərli əşyalar nümayiş etdirilib.

Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılıb.

Simsar.az

 

 






28 Noyabr, 2014  09:57 Baxılıb: 901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner