Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Tarın kəşf edilməsi” adlı konsert keçirildi

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində “Tarın kəşf edilməsi” adlı konsert keçirilib.

Simsar.az xəbər verir ki, Londonun məşhur “Mərkəzi Vestminster” salonunda təşkil edilən gecədə diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də daxil olmaqla xeyli sayda sənətsevər iştirak edib.

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev dünyada Azərbaycan mədəniyyətinin, musiqisinin və incəsənətinin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb. Milli musiqi alətimiz olan tarın tarixindən bəhs edən N.Piriyev, onun geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alət olduğunu bildirib. Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi alət kimi istifadə edilir. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur.

Azərbaycan musiqi sənətinin, beynəlxalq ictimaiyyət tərəfindən çox sevildiyini qeyd edən, N.Priyev tarix, mədəniyyət və incəsənətimizi yaxından tanımaq istəyənləri ölkəmizi ziyarət etməyə çağırıb.

Daha sonra konsertdə azərbaycanlı sənətkarlar-Aslan Növrəsli, Munis Şərifov, Nurlan Növrəsli,Tərlan Növrəsli, Vüqar Şərifzadə, Çingiz Mustafayev və başqa musiqiçilərin ifasında tarın müşaiyəti ilə “Şur” muğamı, Azərbaycan xalq mahnıları və digər təsnif və muğamlarımız səsləndirilib.

Konsertdə milli musiqi alətimiz tar ilə müasir musiqi alətlərinin vəhdəti dinləyicilərdə böyük maraq doğurub.

Gecənin ikinci hissəsində Britaninayın məşhur “Royal Philharmonic Orchestra”sının ifasında “Bayatı Şiraz”, “Sarı Gəlin” və digər Azərbaycan xalq musiqisi numunələri, həmçinin Antonio Vivaldi kimi məşhur bəstəkarların repertuarlarından musiqilər səsləndirilib.

 

Günel

{img2}







28 Noyabr, 2014  09:07 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner