Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Dağlıq Qarabağ münaqişəsi İran üçün problemdir”

Biz hərbi təcavüzə qarşıyıq və arzu edirik ki, Dağlıq Qarabağ işğaldan azad olunsun.

Simsar.az AzərTac-a istinadən xəbər verir ki, İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadət bu sözləri bir qrup azərbaycanlı jurnalistlə görüşündə deyib.

Q.Səadət bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi İran üçün də problemdir. Bu vəziyyət bizi də narahat edir. Təəssüf ki, münaqişənin həlli uzanır. Xalqlar bir-biri ilə münasibətlərini pozmamalıdır.

İran-Azərbaycan münasibətlərinin qədim zamanlardan mövcud olduğunu deyən Q.Səadət vurğulayıb ki, bu əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur. O əmin olduğunu bildirib ki, İran və Azərbaycan rəhbərliyinin iradəsi ilə dost, qonşu, tarixi və dini köklərə malik xalqlarımızın münasibətləri daha da inkişaf edəcək. Əyalət rəhbəri Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

 






27 Noyabr, 2014  23:14 Baxılıb: 734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner