Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıdan Barselonaya aviareys açılır

“Vueling” aviaşirkəti 2015-ci ilin yayında Barselona-Bakı-Barselona marşrutu üzrə mütəmadi mövsümi aviareyslər açmağı planlaşdırır.

Simsar.az xəbər verir ki, bunu Trend-ə şirkətin beynəlxalq satışlar üzrə meneceri Xesus Blanko deyib.

Onun sözlərinə görə, bu aviareysin açılması məsələsi üzrə danışıqlar bir neçə gündür aparılır:

“Biz danışıqları başa çatdırmağı və postsovet məkanının bir çox ölkələri ilə etdiyimiz kimi, yay mövsümünün əvvəlinə uçuşların reallaşdırılmasına başlamağı planlaşdırırıq”.

X.Blanko reysin açılışının dəqiq tarixini açıqlamayıb:

“Aviaşirkət reysləri payız mövsümünün də bir hissəsini əhatə edən yay mövsümündə açır. Bazarın tələbatından asılı olaraq, aviareyslər müəyyən fasilələrlə il ərzində davam edir”.

Reyslərin sayına gəlincə, X.Blanko əlavə edib ki, bu məsələ hələ dəqiqləşdirilir:

“Lakin indiki halda söhbət həftədə bir və ya iki reysdən gedə bilər”.

Hər iki tərəfə aviabiletlərin qiyməti 400-500 avro arasında dəyişir, lakin sərnişinlər xüsusi təkliflərdən də istifadə edə biləcəklər.






27 Noyabr, 2014  18:47 Baxılıb: 745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner