Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Milət vəkili gürcü nazirlə görüşdü - FOTO

Millət vəkili Qənirə Paşayeva Gürcüstanın Diaspora Məsələləri üzrə Dövlət naziri Gela Dumbadze ilə görüşdə diasporalarımız arasında əməkdaşlığın daha da genişlənməsi istiqamətində səyləri daha da artırmalıyıq deyib.

Simsar.az xəbər verir ki, Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze ilə görüşüb. Millət vəkili Qənirə Paşayeva  Azərbaycan rəhbərliyinin Gürcüstanla, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir Gürcüstan dost və strateji müttəfiqimiz olmaqla bərabər həm də çoxlu sayda soydaşımızın vətənidir deyən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze ilə görüşdə bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Gürcüstan diasporları, diaspor təşkilatları arasında əməkdaşlığın, qarşılıqlı dəstəyin artması çox vacibdir. Özəlliklə Azərbaycan və Gürcüstanın oxşar problemi olan ərazi bütövlüyümüzlə bağlı məsələlərdə bunun vacibliyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayev diaspor sahəsində də əməkdaşlığın genişlənməsinin Azərbaycanın və Gürcüstanın maraqlarının müdafiəsi istiqamətində vacib və önəmli olduğunu bildirib.  Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyən Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze  diaspor məsələləri üzrə nazrliyə rəhbərliyi dövründə bu məsələyə böyük önəm verəcəyini deyib və xarici ölkələrdə Azərbaycan və Gürcüstan diasporları, diaspor  təşkilatları  arasında əlaqələrin, əməkdaşlığın güclənməsinin böyük önəmini vurğulayaraq bu istiqamətdə işlərin, səylərin daha da artacağını deyib.







27 Noyabr, 2014  15:56 Baxılıb: 836 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner