Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Roma Papasının istəyi rədd edildi

Türkiyəyə səfər edəcək olan Roma Papası Fransuvanın səfər müddətində istifadə üçün tələb etdiyi “Fiat Albea” avtomobili ona verillməyəcək. Papanın tələbi təhlükəsizlik səbəbi ilə rədd edilib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Papanın səfəri öncəsi maraqlı bir sorğu tapılıb, ancaq tələb təhlükəsizlik səbəbi ilə qəbul edilməyib. Papa 28-30 noyabrda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Papanın ziyarətindəki ilk ünvan Ankara olacaq. Xatirə memorialını ziyarət edəcək Papa, Prezident Sarayının da ilk qonağı olacaq. İkinci günündə isə İstanbula gedəcək Papa 7 min polis tərəfindən qorunacaq. Ayasofyanı və Sultanahmet məscidini də gəzəcək.

Papa Fransuva 5 ulduzlu otel əvəzinə Vatikan Nümayəndəliyinin Şişlidə olan iqamətgahında qalacaq. O, xalqı salamlamaq üçün istifadə üstü açıq avtovobili Türkiyəyə gətirməyəcək. Ziyarət müddətində istifadə avtomobilinin zirehli deyil, “Fiat Albea” olmasını istəyən Papanın bu istəyi təhlükəsizlik səbəbi ilə qəbul edilməyib. Dövlət naziri statusunda qəbul edilən Papaya zirehli olmayan, ancaq lüks sinif avtomobil veriləcək.

 

Musavat.com






27 Noyabr, 2014  15:29 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner