Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Özbək xalqının qüruru: “Paxtakor” – FOTO - VİDEO

1979-cu il avqustun 11-i SSRİ çempionatının güclülər dəstəsində çıxış edən Özbəkistanın “Paxtakor” klubunun futbolçuları Belarusa yola düşürdülər. Minskin “Dinamo” klubu ilə oyuna yollanan komandada əhvali-ruhiyyə qaydasında idi. Üç gün əvvəl “Zarya”nı doğma meydanda 3:1 hesabı ilə üstələyən Daşkənd klubu Belarusdan da qələbə ilə dönmək niyyətində idi. Lakin, komanda “Dinamo” ilə oyuna çıxa bilmədi. Futbolçuları Minskə aparan təyyarə Ukraynda, Dneprodzerjinsk səmasında Voronej-Kişinyov reysi ilə hərəkət edən təyyarə ilə toqquşdu...

Bir gün sonra bütün dünyanın qəzet manşetlərində göyərtəsində 178 sərişin daşıyan Tu-134 təyyarəsinin qəza xəbəri yer aldı. Xəbərdə həlak olanların 17-nin “Paxtakor” futbol klubunun üzvləri olduğu qeyd edilirdi.

Qəzadan sonra...

Heyətinin əsas üzvlərini itirən “Paxtakor” aşağı yaş qrupları, eləcə də, aşağı dəstə təmsilçilərinin futbolçuları ilə bərpa prosesi keçir. SSRİ Futbol Federasiyası da köməyini əsirgəmir. Komandanın növbəti mövsümdə də güclülər dəstəsində çıxışı üçün güzəştlər edilir.

Həlak olan futbolçuların şəkillərindən hazırlanan albomlar SSRİ-nin hər yerində əl-əl gəzir. Küçə və məktəblərə onların adları verilir.

Ölüm uçuşunda iştirak edən “Paxtakor”lular:

İqday Tazetdinov (məşqçi)

Mansur Talibcanov (komandanın meneceri)

Futbolçular:

Mixael An

Vladimir Fyodorov

Alim Aşırov

Ravil Aqışev

Konstantin Bakanov

Yuri Zaqumenniy

Aleksandr Korçionov

Nikolay Kulikov

Vladimir Makarov

Sergey Pokatılov

Viktor Çurkin

Siroyiddin Bazarov

Şuhrat İşbutayev

Vladimir Sabirov

Vladimir Çumakov

Vüsal Məmmədzadə

 






27 Noyabr, 2014  17:00 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner