Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirildi

Gündəlikdə göstərilən məsələlərə əsasən RƏTTAŞ-ın nəzdində yaranan Aqrar və Ekologiya Elmləri üzrə Şuranın təklif olunan tərkibinə baxılıb, Simsar.az-ın məlumatına görə, AMEA-nın müxbir üzvü Zeynal Əkbərovun təklifi əsasında Şuranın tərkibinə biologiya üzrə elmlər doktoru Aydın Əsgərov əlavə olunub.

Növbəti məsələ, AMEA-nın 70 illik yubileyi ilə əlaqədar hər İnstitut haqqında üç dildə (azərbaycan, rus, ingilis) bukletlərin hazırlanmasının tezləşdirilməsi vurğulanıb.

İnstitutların yeni strukturları ilə bağlı bir neçə məsələ müzakirə olundu.

Həmçinin İnstitutlarda attestasiyanın keçirilməsi haqqında məsələ qaldırılmış və attestasiyanın tez bir zamanda keçirilməsi ilə əlaqədar lazımi tapşırıqlar verilib.

Əsas məsələlərdən biri AMEA Torpaqşünaslıq və Aqrokimya İnstiutunun əməkdaşlarının Bölməyə daxil olan yazılı şikayətlər ilə bağlı idi. Şikayətçiləri dinləmək üçün Bölmənin üzvləri ilə birgə AMEA Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev iştirak edib. Şikayətçilərin hər biri dinlənilib.

Qeyd etmək lazımdır ki, şikayətçilər arasında həm yazılı ərizəsi ilə müraciət edən, həm də şifahi şikayət etmək üçün İnstitut əməkdaşları da iclasda iştirak edirdi.Büro üzvləri tərəfindən şikayətçilərə cavab olaraq, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədovun cavablarını dinlədilər. Bölmənin üzvləri bu məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

Nəticə olaraq, AMEA Aqrar Elmlər Bölməsinin Bürosu Qərara aldı ki, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah İlyaz oğlu Məmmədovuntutduğu vəzifəsindən azad edilməsi ilə əlaqədar AMEA Prezidenti, akademik Akif Əlizadəyə təqdimat təqdim edilsin.

Aysel Kərimova







27 Noyabr, 2014  13:59 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner