Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Etalon laboratoriyalarının sayı artırılacaq – RAMİZ HƏSƏNOV

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransın iclasında iştirak edib.

Komitədən Simsar.az-a verilən məlumata görə, noyabr 17-21 tarixlərində Fransanın Versal şəhərində Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransın 25-ci iclası keçirilib. Hər dörd ildən bir təşkil olunan iclasda ilk dəfə olaraq ölkəmiz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi timsalında təmsil olunub. İclasda Komitə sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Səfər zamanı Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun direktoru Martin Miltonla görüşdə müqabil tərəf Azərbaycanın 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulması ilə bağlı məmnunluq hissi və təbriklərini ifadə edib. Azərbaycanda ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində metrologiya sahəsində həyata keçirilmiş islahatlara dair Miltona ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət etalon laboratoriyalarının yerləşəcəyi yeni binaların inşasının 2015-ci ilin ortalarına yekunlaşdırılması gözlənilir. Dövlət etalonları laboratoriyalarının sayının 30-dək artırılması ilə bağlı planlar barədə də məlumat qarşı tərəfə bildirilib. Direktor M.Milton öz növbəsində, Azərbaycanın metrologiya sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və Azərbaycanın dövlət etalon laboratoriyalarının beynəlxalq akkreditasiyası və tanınması istiqamətində müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.

Tədbir çərçivəsində Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın rəhbərliyi ilə ikitərəfli görüşdə müqabil tərəf Komitənin timsalında Azərbaycanın 2015-ci ildən Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzv kimi təmsil olunması münasibətilə təbrik edib. Ölkədə metrologiya sahəsində mövcud qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı aparılmış işlərə dair qarşı tərəfə məlumat verilib və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin Fransanın Milli Metrologiya və Sınaq Laboratoriyasında görüş keçirilib. Söbət zamanı ölkəmizdə metroloji sahənin inkişafı üçün həyata keçirilən islahatlar barədə məlumat verilib, bu istiqamətdə ikitərəfli əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Müqabil tərəf həmçinin əməkdaşlıq əlaqələrinin qurulması və etalon laboratoriyaları arasında işçi əlaqələrin yaradılmasında maraq ifadə edib.

Komitənin 2008-ci ildən sıx əməkdaşlıq etdiyi Almaniya Milli Metrologiya İnstitutunun (PTB) prezidenti Yoaxim Ulrixlə də görüş keçirilib. Görüşdə 2008-2010-cu illlər üzrə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyanın gücləndirilməsi” adlı Tvinninq layihəsi və 2011-2014-cü illər üzrə “Cənubi Qafqaz ölkələrində keyfiyyət infrastrukturunun gücləndirilməsi” adlı regional layihə çərçivəsində PTB-nin indiyədək Komitəyə göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib. Həmçinin 2014-2017-ci illər üzrə icrası nəzərdə tutulan “Cənubi Qafqaz ölkələrində ərzaq məhsullarının sınağı və metrologiya sahəsinin gücləndirilməsi” adlı yeni regional layihə çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Hüseyn İbadlı

 






27 Noyabr, 2014  11:03 Baxılıb: 589 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner