Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Brüs Li əfsanəsi – Li ailəsinin qara taleyi - FOTOLAR

Hələ onda mənim üçün dünyada tək karateçi  “Elektronikanın Macəraları” filmindəki Uri idi. Düşünürdüm ki, dünyada ondan güclü insan yoxdur və  hamını döyə bilər.

Bir gün dedilər qonşumuz “Ursetdən” videomaqnitafon gətirib, yaxşı davalı kinolar göstərəcək. Bütün qonum-qonşu yığışdıq onlara, dedilər Brüss Linin kinoları var. Bu adı ilk dəfə onda eşitdim. Düzü, kino təzə başlayanda məyus olmuşdum. Gördüm arıq, sısqa bir oğlandı bu, Brüs. Amma biraz sonra onun elədiyi hərəkətlər məni sehrləmişdi. Çıxardığı səslərdən tüklərim biz-biz olurdu. Bütün məhəllə uşaqları o gündən sonra özümüzü Brüs Liyə oxşatmağa çalışırdıq. Onun kimi geyinməyə, hərəkət etməyə, səs çıxarmağa. Kluba Brüs Linin filmi gələndə rayon dəyirdi bir-birinə.

Bu gün dünya şöhrətli, unudulmaz, bütün dövrlərin ən yaxşı idmançısı, təkrarolunmaz kunq-fu ustası Brüs Linin doğum günüdür. O, 1940-cı il ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. Brüsun ailəsi qısa bir müddət sonra Honq-Konqa geri dönür. Brus hələ uşaq yaşlarından çox tündxasiyyət idi. Kunq-funu şüursuz bir şəkildə, küçə döyüşlərində uşaqları əzişdirmək üçün öyrənməyə başlamışdı. 1954-cü ildə məşhur kunq-fu ustası Sifu Yip Manın şagirdi olur və Vin-Çun sistemini öyrənməyə başlayır. Sonrakı vaxtlarda bir yerdə qərar tutmayan yenilik sevən Li, vin-çun sisteminə boks fənnlərini də əlavə etməyə başlayır. Ümumiyyətlə Brüs Li kunq-fuya çoxlu yeniliklər gətirdi və yeni fənnlər qazandırdı. Öz stili, Jit Kun Donu yaratdı.

Brüs Li çəkildiyi filmlərlə Kunq Funu bütün dünyada məşhur etdi. Eskrima ustası Dan İnosanto Linin xüsusi stili Jit Kun Donun qətiyyən göstəriş üçün olmadığını, əksinə çox həqiqi, bədən hərəkətlərinin funksiyasına uyğun bir idman olduğunu söyləyərdi. Linin tam bir idmançı olduğunu, Jit Kun Donun da həqiqi döyüş sənəti olduğunu, bununla yanaşı Brüs Linin də çox yaxşı bir aktyor bacarığına malik, döyüş sənətini fantastik bir şou olaraq tamaşaçıya sərgiləməyi bacara bildiyini deyirdi.

Kunq-Fusuz günlər

Həkimlər Brüsə döyüş sənətindən əl çəkməsini və yaxşılaşması üçün yataqdan çıxmamasını tapşırdılar. Bu dövr Brüs Linin həyatında ən pis dövrlərindən biri idi. 6 ay yataqda qaldı. Bu zaman "Cit Kun Do Tao" adlı kitab yazmağa başladı. Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı.

Li ailəsinin faciəsi

20 iyul 1973-cü ildə Brüs Linin ölümü, dünyanın açılmayan sirrlərindən biri olaraq qaldı. Onun fiziki cəhətdən sağlam olduğu  yaxşı bəlli idi. Onun ölümü ilə bağlı müxtəlif versiyalar yarandı. Bir versiyaya görə çəkildiyi filmdə suiqəsd nəticəsində öldürülüb. Başqa bir, daha real hesab olunan versiyaya görə, Brüs Raymond və Bettinlə baş rolda oynayacağı “Ölüm oyunu” adlı filmi bitirirdilər. Raymond günortadan sonra axşam yenidən görüşmək arzusu ilə onlardan ayrılır. Başağrısından şikayət edən Brüsə Betti hər vaxt özünün də istifadə etdiyi bir aspirin qarışığı olan Equogesic verir. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına gedir. Raymond axşam nə üçün gəlmədiklərini öyrənmək üçün onları axtardığında Betti, Brüsün yataqdan qalxmadığını deyir. Raymond Bettinin evinə gedib Brüsü qaldırmağa çalışır, amma bacarmır. Onu qurtarmaq üçün edilən bir çox müvəffəqiyyətsiz sınaqdan sonra təcili yardım çağırıldı.

Brüs xəstəxanaya çatdırıldıqda artıq vəfat etmişdi. Təcili tibbi yardımda ürək və tənəffüsə müdaxilə edilir. Amma onda həyat əlaməti yox idi.

Brüsün xəstəlikdən öldüyü də əslində müzakirə mövzusu olur. Ölümünün beynindəki şişdən ola biləcəyi deyilir. Bunun doğuşdan, yoxsa daha sonra ortaya çıxdığı məlum deyildi.

Minlərlə insan küçələrə tökülüb, son səfərində onu tək buraxmaq istəmirlər. Kütləni dayandırmaq üçün polis tərəfindən barrikadalar qurulur.

Li ailəsi üçün digər bir faciə də Brusun oğlu Brendon Linin, 31 mart 1993-cü ildə ABŞ-ın Şimali Karolina əyalətində “Qarğa”  filmin çəkilişləri əsnasında qarnından vurularaq öldürülməsi olur.

Brüs Li ABŞ-ın Sietl əyalətində Leyk Vyu qəbiristanlığında basdırılıb. Brendon Li də atasının yanında dəfn edilib. Hər gün Brüs Linin və oğlunun məzarı dünyanın dörd bir tərəfindən gələn insanlar tərəfindən ziyarət edilir.

Liinin qeyri-adi bacarıqları

Brüs Li düyü dənələrini havaya atıb və yemək üçün çubuqlarla tuta bilirdi.

Brüs Linin zərbəsi 0,05 saniyə çəkirdi.

Brüs Li 2 barmaq, bir əli ilə yerden jim ede bilirdi.

Brüs Li 32 kiloluq qanteli bir, duz əli ilə gözləri səviyyəsinə qaldirib 20 saniye saxliya bilirdi, bir əli ilə 50 dəfə yuxarıya çəkinə bilirdi.

Brüs Linin zərbəsi əl ilə 1700 kilo, ayaq zərbəsi isə 3 tonu keçirdi.

Vüsal Qarayev

 






27 Noyabr, 2014  09:30 Baxılıb: 3581 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner