Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bakı 2015”in Parisdə təqdimatı keçirildi - FOTOLAR

Parisdə “Bakı 2015”in - ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub.

Simsar. az xəbər verir ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən təqdimat mərasiminə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar. Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı 2015” - ə həsr olunan  bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərinin təsvir olunduğu əsərləri sərgilənib. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə, özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletleri də təqdim edilib.

Tədbirin aparıcısı vurğulayıb  ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 23 illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb. 2015-ci ildə iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında isə 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

Sonra Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.

 






27 Noyabr, 2014  08:58 Baxılıb: 702 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner