Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünyaca məşhur Diva dünyasını dəyişdi - FOTOLAR + VİDEO

Səsi quş cəh-cəhcəhinə bənzədiyi üçün “Şahruxa” ləqəbi ilə anılan, 85 filmdə rol alan və təkcə Ərəb coğrafiyasında deyil bütün dünyada tanınan Lünanlı müğənni Sabah 87 yaşında vəfat etdi.

Ərəb dünyasının ən məşhur müğənnisi və aktrisası Lübnanlı diva Sabah dünən səhər saatlarında Beyrutdakı evində dünyasını dəyişib. 87 yaşlı sənətçi Ərəb sənət aləminin qızıl dövrünün sonuncu təmsilçilərindən biri idi. 85 filmdə, 25 tamaşada, 4 radio muziklında yer alan Sabah Suriya, Misir və Lübnan da başda olmaqla bütün dünyada tanınırdı.

Parisin, Nyu Yorkun, Londonun, Avstraliyanın ən böyük konsert salonlarında konsert verəcək qədər uğurlu bir kariyeraya sahib olan Sabah, pozitiv hərəkətləri və qəhqəhəsiylə heyranlarının qəlbində özünə əbədi məskən salmışdı. Divanın ölüm xəbəri sosial mediada da hüzünlə qarşılanıb. “Ən Nahar” qəzeti “Əlvida Şahruxa, əlvida Lübnan şansı”  ismarıcını yayılmadı, Lübnanlı millət vəkili Vəlid Canpolad şəxsi tvitter səhifəsində “Əfsanəvi sənətçi Sabah dünyasını dəyişdi. Onun gedişi ilə Lübnan böyük bir keçmişi də itirmiş oldu. Mənim nəslim onun kimilərinin bu dünyaya bir daha gəlməyəcəyini çox yaxşı bilir” yazdı.

Kimdir Şahruxa

Lübnanın Bdadun adlı balaca bir kəndində dünyaya gələn Sabahın Misir, Ürdün, Lübnana və ABŞ vətəndaşlığı vardı və yaşınınçox olmasına rəğmən hələ də televiziya verilişləri aparmağa davam edirdi. Yaşayan əfsanə olaraq bilinən Sabahın həyat hekayəsi  hətta 2011-ci ildə bir televiziya serialının mövzusu olmuşdu.

Doqquz dəfə ərə getdi

Əsil adı Canet Fəqalı olan sənətçi, səhnə həyatına 1940-cı illərdə başladı. Oynadığı bir filmdən sonra Sabah adını aldı. Bu onun səhnə adı idi. Xalqın sevgisini qazanana Sabah şöhrət pillələrinin çox sürətlə qalxırdı. Zamanla Səbuhə və Şahruxə(gözəl və incə bir quş növüdür) ləqəbləri ilə də anılan sənətçi 9 dəfə ailə həyatı qurur. Sənətdə bəxti ətirsə də gözəl sənətçinin heç bir nigahı uğurlu olmur. Lübnanlı sənətçi Fadi Lübnanla bağladığı nigahın ömrü  cəmi 17 gün olur. İlk evliliyindən sonra özündən  yaşca çox kiçik insanlarla qurduğu evliliklər də ona ailə səadətini yaşamaq şansı vermədi.  Sabah evlilikləri, plastic əməliyyatları, göstərişli geyimləri və təmsil etdiyi dövrün hərəkətlərini yaşatmasıyla ömrünün sonuna qədər məşhurluğunu qoruyub saxlayan bir fiqur oldu.

Günel Musa







27 Noyabr, 2014  08:50 Baxılıb: 968 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner