Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qız Qalasında “Bakı-2015”lə bağlı şou- Fotolar

“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda möhtəşəm şou təşkil edilib.

Simsar.az AzərTAc-a istinadən xəbər verir ki, axşam saatlarında İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində “Bakı-2015”in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: “İlk Avropa Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək”.

Ç.Viceratna diqqətə çatdırıb ki, biz bugünkü tədbirlə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik. O, gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını bildirib.

İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin - ceyran və narın hazırlanmasında “Bakı-2015”in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.

Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.

 






27 Noyabr, 2014  00:11 Baxılıb: 811 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner