Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərnişin mikroavtobusu sürünün üstündən keçdi

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Göyçay şəhər sakini İsmayılov Elşad Laçın oğlunun idarə etdiyi 99-GZ-679 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu yolda hərəkət edən qoyun sürüsünün üstünə çıxıb. Hadisə zamanı Bığır kənd sakini, fermer Eldəniz Cəbrayılova məxsus qoyunlardan 30 başı tələf olub, bir neçəsi ağır yaralanıb. Hadisə zamanı qoyunları magistral yol ilə Ağdaşdan Göyçaya aparan Eldəniz Cəbrayılov xəsarət almayıb.

Avtomobil qoyunları yolun ortasında vurub. Hadisə şahidlərinin sözlərinə görə qoyun sürüsünü yolun ortası ilə aparan şəxs gecənin qaranlıq vaxtında yolda hərəkət edən avtomobillər üçün tələb olunan müəyyən işıq işarəsindən istifadə etməyib. Hadisə zamanı Göyçay-İsmayıllı marşurutu üzrə hərəkət edən sərnişin mikroavtobusuna ciddi ziyan dəyib, xəsarət alan yoxdur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.






26 Noyabr, 2014  22:44 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner