Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İlyas Əfəndiyev Ankarada anıldı

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, eləcə də hər iki ölkənin milli kitabxanaları tərəfindən Ankarada Azərbaycanın xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə Ankarada anma mərasimi təşkil olunub.

ANS TV-nin məlumatına görə, Türkiyənin Milli Kitabxanasında keçirilən mərasimdə Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpus, şəhər ictimaiyyətinin nümayəndələri, ədəbiyyatsevərlər iştirak edirdilər.

“İlyas Əfəndiyevin Ankarada yerləşən Milli kitabxanada təşkil etdiyimiz sərgi ilə bir daha yad etdik: “Eyni zamanda da burada Azərbaycandan gələn sənət adamları onun əsərlərində kiçik parçalar nümayiş etdirdilər. Bununlada TÜRKSOY-un fəaliyyətilə bir daha ölümsüz ədəbiyyatçımızı Türk dünyasına yaxından tanıtmaq imkanı əldə etmiş olduq”, – deyə TÜRKSOY-un baş katibinin müavini Firat Purtaz bildirib.

Böyük yazıçı və dramaturqun ədəbi yolunun kitab, foto nümunələrindən qurulmuş sərginin açılışı da oldu. XX əsrin amansız Stalin repressiyaları Əfəndiyevlər ocağından da yan ötməyib. Yazıçının aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən atası Məhəmməd Əfəndiyev 50 yaşında dünyasını dəyişib. Ata itkisindən sonra İlyas Əfəndiyevin həyatı, tərbiyə və təhsili anası Bilqeyis xanımın üzərinə düşüb. Gələcək ədibin nümunəvi gənc kimi formalaşmasında, onda ədəbiyyata, maraq oyanmasında anasının xidmətləri əvəzsiz olub.

Milli kitabxananın direktoru Kərim Tahirov deyir ki, belə tədbirlərin keçirilməsi bizim Türk dilli ölkələrin ortaq mədəni dəyərlərinin bir-biri arasında daha geniş təbliğinə çox böyük köməyi dəyir.

İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyeva qeyd edir ki, nə qədər ki, vəfat etmiş bizim böyük yazıçılarımız, şairlərimizi, rəssamlarımızı, bəstəkarlarımızı və digər sənət adamlarımızı xatırlasaq, onları yad etsək onlar daim bizimlə birlikdə yaşayacaqlar və bizlə bərabər olacaqlar.

İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə anım mərasimləri dunyanın bir çox şəhərlərində, o cümlədən də Azərbaycanın bölgələrində davam edəcək.






26 Noyabr, 2014  21:51 Baxılıb: 979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner