Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Evdə təhsil alanlara xoş xəbər: pulunuzu dövlət verəcək

Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və yaxud qanuni nümayəndələrinə dövlət tərəfindən vəsait ayrılacaq.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Komitə sədri Hadı Rəcəblinin sədrliyi ilə keçən iclasda bildirilib ki, qanuna əlavə edilən 26.3-1.-ci maddədə deyilir ki, “Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılır”.

Qanundakı 26.3.-cü maddə isə bundan ibarətdir: “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.







26 Noyabr, 2014  17:26 Baxılıb: 682 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner